Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / İntim videosu yayılan şagird qız məktəbdən çıxarılıb: – “Hara aparıldığı bilinmir”

İntim videosu yayılan şagird qız məktəbdən çıxarılıb: – “Hara aparıldığı bilinmir”

Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində intim münasibətinin videosu yayılan şagird qız məktəbdən çıxarılıb.

Bu barədə AzNews.az-a sözü gedən məktəbdən məlumat verilib. Məlumata görə, 7-ci sinif şagirdini valideynləri məktəbdən çıxararaq harasa aparıblar:

“O şagird daha bizdə oxumur. Onu valideynləri apardı. Hara aparmaları ilə bağlı məlumatımız yoxdur”.

Məktəbdən onu da əlavə ediblər ki, videoda görünən 7-ci sinif şagirdi ilə seksual hərəkətlər edən 11-ci sinif şagirdinin sabiq müdafiə naziri Dadaş Rzayevlə heç bir qohumluğu yoxdur.

Qeyd edək ki, Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 7-ci sinif şagirdi olan qız ilə 11-ci sinif şagirdi olan oğlan arasında intim münasibətin video-görüntüsü yayılıb. Məsələ ilə bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Bundan əvvəl mətbuatda yayılan xəbərlərdə 7-ci sinif şagirdinə qarşı seksual xarakterli hərəkətlər edən 11-ci sinif şagirdinin Azərbaycanın sabiq müdafiə naziri Dadaş Rzayevin nəvəsi olduğu bildirilirdi.

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …