Ana səhifə / Cəmiyyət / İnsanlar indi daha çox keçmiş günlərin xiffətini çəkir

İnsanlar indi daha çox keçmiş günlərin xiffətini çəkir

Türkiyənin həyat standartlarını araşdıran və insanların həyat tərzlərini ən geniş miqyasda araşdıran qurumlardan olan Türkiyəni Anlama Lüğətinin 2018 hesabatı çıxıb. Bu hesabat əslində Azərbaycan insanının da həyat baxışına bənzədiyi üçün musavat.com onu sizlərə təqdim edir. Baxın və bəzi paralellər aparın.

Türkiyədə ən güclü olan 5 yanaşma:

1. Təbiətə həssaslıq (82 faiz): Hər 10 nəfərdən 8-i yaşadıqları təbiətin və havanın gedərək çirklənməsindən narahat olurlar. Bu trend son 2 dönəmdir ki, ən yüksək səviyyəli trend olaraq qəbul edilir.

2. İnançlılıq (79 faiz) : Hər 10 nəfərdən 8-i üçün din həyatlarına istiqamət verən ən önəmli bir dəyərdir. Türkiyə insanı üçün ən güclü inanclardan biri olan din son 4 dönəmdir ki, öz sabit yerini qoruyub saxlayır.

3. Keçmişdən ötrü darıxmaq (77 faiz): Hər 4 nəfərdən 3-ü keçmişdə insanların daha xoşbəxt, daha mədəni olduğunu düşünür. Ötən dönəmlə müqayisədə 3 xal daha artan bu trend Türkiyədəki ən güclü 3-cü yanaşmadır.

4. Kiçik lükslər (68 faiz): Hər 10 nəfərdən 7-si onu zaman-zaman xoşbəxt edəcək kiçik lükslərinin olmasını istəyir. Bu trend Türkiyədəki ən güclü 4-cü yanaşmadır.

5. Evə qapanmaq (68 faiz): Hər 10 nəfərdən 7-si ətraf dünyanın qəddar, təxmin ediləməyəcək reallıqlarından özəlliklə evdə qalaraq özünü qorumaq ehtiyacı hss edir. Bu trend keçdiyimiz dönəmlə müqayisədə 5 xal artıb.

Arayışın dəyərləndirmə hissəsində isə qeyd edilib ki, Türkiyə gündəmin çox sürətlə dəyişdiyi, bu dəyişikliklərin cəmiyyətin yaşam tərzi və həyatına sürətlə təsir etdirdiyi bir ölkədir. Bu həyat tərzləri isə Türkiyəni idarə edənlərə, siyasəti istiqamətləndirənlərə, qeyri-hökumət təşkilatlarına, dövlət və özəl qurumların rəhbərlərinə önəmli ip ucları verir.

Təbiətə qarşı həssas olmaq nəticəsi insanları bəlkə də təəccübləndirib. Amma bu, dövrün reallığıdır. Çünki dünya insanı artıq sağlamlığının vacib şərtlərindən biri olaraq, təbiətin qorunmasını görür. Keçmişdən ötrü darıxmaqda isə keçən illərə görə bir artım özünü göstərir.

Araşdırma miqyasında ortaya çıxan ən güclü 3 davranışlardan ilk 3-ü son 2 dönəmdir dəyişmir: təbiətə qarşı həssaslıq, inanclılıq və keçmişdən ötrü darıxmaq. Amma “keçmiş üçün darxımaq” daha öncəki dönəmlə müqayisədə ən çox artış göstərən tendensiyadır. (Musavat.com)

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …