Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / İlham Əliyevin idmançı bacısı oğlu – FOTOLAR + VİDEO

İlham Əliyevin idmançı bacısı oğlu – FOTOLAR + VİDEO

Prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın oğlu Azər Əliyev haqqında maraqlı məlumatlar əldə etmişik.

Azinforum.az baku.ws-ə istinadən xəbər verir ki, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti olan Azər həm də peşəkar idmançıdır.

Sosial şəbəkədə mütəmadi olaraq öz videolarını paylaşan Azər qısa zamanda idman sahəsində böyük uğurlar əldə edib.

2 iyul 2011-ci ildə Çexiyanın paytaxtı Praqada paurliftinqin WPC versiyası üzrə gənclər arasında 100 kq-da yarışan Azər Əliyev 3 hərəkətin cəmində 600 kq ağırlığın öhdəsindən gəlib və 5-ci yeri tutub.

23 noyabr 2011-ci ildə Latviyanın paytaxtı Riqada paurliftinqin WPC versiyası üzrə dünya çempionatında yarışan idmançımız fəxri kürsüyə yaxın olub. Azər Əliyev 100 kq-da ləvazimatsız 610 kq qaldıraraq 4-cü yeri qazanıb.

2014-cü ildə isə Azər Əliyev Açıq Avrasiya Kuboku yarışında 250 kq-lıq nəticə ilə gümüş medala sahib olub.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …

Bir cavab yazın