Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / İki dəfə evli olan kişi həbsdən çıxıb nişanlı qızı qaçırdı – Azərbaycanda

İki dəfə evli olan kişi həbsdən çıxıb nişanlı qızı qaçırdı – Azərbaycanda

Azərbaycanda qayanana gəlinin ailəsi ilə görüşməsinə icazə vermir.

BiG.AZ xəbər verir ki, bu barədə Xəzər televiziyasında Xoşqədəm Hidayətqızının “Səni Axtarıram” verilişinə çıxan ana bildirib.

O bildirib ki, qızının 22 yaşı var:

“ 1 il 4 aydır ki, qızımı görmürəm. Qaynımın oğlu nişanlı qızımı qaçırdıb. Qızımın nişanlısı isə mənim qohumum idi. Qaynımın oğlu türmədən çıxandan sonra qızımı qaçırdıb. Qızım onun 3-cü ailəsidir. Oğlan oğurluq üstə həbs edilib. Həbsdən çıxandandan sonra 17 yaşlı qızı qaçırıb. Qızın valideynləri amma icazə verməyib. Qızımı aprel ayının 4-də qaçırıb. Mən oğlanın anası ilə danışıb bildirdim ki, qızım nişanlıdır. Anası isə cavabında öz oğluna qarğış edib bu sözləri dedi: “Oğlum ölsün. Mənim sənim qızını almaq fikrim yox idi. Bilmirəm hara aparıb”. 11 aydan sonra xəstəxanada qızımı görmüşəm. Həkim mənə zəng edib ki, qızın xəstədir. 4 saat ağır əməliyyat keçirib. Qızım hamilə olanda qaynanası onu həkimə aparmayıb. Həkim mənə dedi ki, qızını götür get. Qaynanasından gözüm su içmir. Çünki ona deyirəm ki, qızın anası hardadır, deyir ölübdür. Mən 4 aydır qızımı görə bilmirəm. Xəbərim yoxdur ölübdür, ya da sağdır. Qaynana qızıma deyir ki, qolunu doğra, get müstəntiqə de ki, ərimi azadlığa burax. 9 gün qızımın yanında olanda o, mənə dedi ki, məni tək qoyma”.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …