Bu yaxınlarda Binəqədi rayon İcra Hakimiyyətinin başçısı təyin edilmiş Elxan Allahverdiyev Modern.az-a müsahibəsində dediyi kimi, işinin öhdəsindən gələ bilməyən məmurları yola salmaqda davam edir.

Modern.az-ın məlumatına görə, Binəqədi rayon İcra Hakimiyyəti Aparatında Təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramov və müdir müavini Elşad Rəhimov tutduqları vəzifədən azad ediliblər.

Təsərrüfat şöbəsinin müdiri vəzifəsinə Azər Kərimov təyin olunub.