Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu sabah Azərbaycana qayıdır – QMİ

Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu sabah Azərbaycana qayıdır – QMİ

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu sabah vətənə dönürlər.

Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. Zəvvarların digər qrupları isə sentyabrın 4-ə qədər Azərbaycana qayıdacaq. Zəvvarlar 8 təyyarə ilə avqustun 11-dən 15-ə qədər Həcc ziyarətinə yola düşüblər.

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərin sənədləri qəbul edilib. Zəvvarlardan 30-a yaxını təkrar ziyarət edənlərdir.

Həcc ziyarətinin qiyməti isə 4150 dollar təşkil edir. Səudiyyə Ərəbistanı qanunlarına əsasən, son 4 il ərzində ardıcıl ziyarətə gedənlər əlavə 535 dollar ödəməlidir. Yəni, əgər bir şəxs son 4 ildə hər il Həcc ziyarətinə gedibsə və bu il də gedirsə, əlavə məbləğ ödəməlidir.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …