Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Gürcüstanda qəzaya düşən 5 Azərbaycan vətəndaşı çətin vəziyyətlə üzləşib + Səs yazısı (Yeniləndi)

Gürcüstanda qəzaya düşən 5 Azərbaycan vətəndaşı çətin vəziyyətlə üzləşib + Səs yazısı (Yeniləndi)

Qeyd edək ki, yaralılar hazırda Tiflisdə “Vivamed” klinikasındadırlar. Onlar Gəncə sakinləri Eminbəyli Dürdanə İkram qızı, Cəfərova Radiyə Xanlar qızı, Cəfərova Səadət Xanlar qızı, Əliyeva Kəmalə Kərim qızı və Quliyev Vüsal Elbrus oğludur.

Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev məsələyə münasibət bildirib. Onun sözlərinə görə,  vətəndaşlarımızın düşdüyü durumla maraqlanacaq: “Vətəndaşlarımıza bir daha müraciət edirik, səfərə çıxanda sığorta olmağı unutmasınlar. Bu halda onların əməliyyatına vəsait ayırmaq bizim səlahiyyətimizdə olan məsələ deyil, lakin sənədlərinin özlərinə verilməsi məsələsi ilə maraqlanarıq”.

*******

Avqustun 12-də Gürcüstanın Sapri şəhərindən paytaxt Tiiflis istiqamətində hərəkət edən avtobusun qəzaya uğraması səbəbindən hazırda 5 nəfər Azərbaycan vətəndaşı Tiflis şəhərindəki xəstəxanalardan birində çətin vəziyyətlə üz-üzə qalıblar. Qəzada xəsarət alanlardan biri  Dürdanə Eminbəyli Azinforum.az-ın əməkdaşı ilə söhbətində bildirdi ki,  başqa bir avtomobilin avtobusu arxadan vurması səbəbindən onların olduğu maşın aşaraq, iki dəfə fırlanıb : “Nəticədə avtobusun içində olan 5 nəfər Azərbaycan və iki Gürcüstan vətandaşı müxtəlif dərəcələrdə xəsarət aldı. Mənim ayağım, barmaqlarım, qızımın isə dirsəkdən yuxarı qolu sınıb. Deyilər ki, təcili əməliyyat lazımdır, ancaq buradakı tibbi xidmət pullu olduğundan bizim həmin məbləği ödəməyə gücümüz çatmır. Bir əməliyyat üçün 3 min dolar istəyirlər. Səfirliyimizin nümayəndəsi bizə baş çəkdi, amma hər hansı bir köməklik etmək gücündə olmadığını bildirdi. Çox xahiş edirəm ki, bizim təcili Azərbaycana keçirilməyimiz təmin olunsun. Onda  biz öz ölkəmizdə normal müalicəmizi ala bilərik. Əlaqədar qurumlardan xahiş edirəm ki, bizə köməklik göstərsinlər”.


 

Hüseyn,

Azinforum.az

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …