Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Eşşək südü dərmandırmı? Paytaxt sakinləri arasında VİDEOSORĞU

Eşşək südü dərmandırmı? Paytaxt sakinləri arasında VİDEOSORĞU

Bildiyiniz kimi, ötən həftənin gündəmində əsas mövzulardan biri də  Abşeronda yeni yaradılan eşşək ferması və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin bu müəssisə ilə bağlı başlatdığı araşdırma oldu. Bununla yanaşı, mətbuatda və ictimaiyyət arasında eşşək südünün dərman kimi təqdim olunması məsələsi də müzakirəyə çıxarıldı.

Qida Təhlükəsizliyi Agentliyi isə heç bir müvafiq sənəd olmadan məhsulun satışını qanunsuz elan edərək, eşşəklərin südündən və qanından nümunələr götürərək aşadırma başlatdı. Çünki hazırda ölkəmizdə ulaq südünün istifadəsi, müalicəvi əhəmiyyəti barədə heç bir normativ sənəd mövcud deyil. İndi sözügedən sahibkarlarla yanaşı cəmiyyət də bu araşdırmanın nəticəsini gözləməkdədir.

Ekspertlər isə xalq təbabətinin tarixi ənənələrinə dayanaraq, eşşək südünün müalicəvi əhəmiyyətinin olduğunu təsdiqləyirlər.

AMEA-nın Genetik Tədqiqatlar İnstitutunda Kənd  Təsərrüfatı Heyvanlarının Genetik Ehtiyatları Şöbəsinin rəhbər Vəli Qarayev də musavat.com-a danışarkən eşşək südünün Avropanın bir çox ölkələrində artıq təbii dərman kimi qəbul olunduğunu bildirdi. “Uzunqulaq südünün insan sağlamlığı üçün əhəmiyyəti bir aksiomdır. Bunun sübuta ehtiyacı yoxdur. Xalq təbabətində də müxtəlif xəstəliklərin müalicəsində uzunqulaq südünün təsiri barədə fikirlər var. Bu bir yenilik deyil, tarixən insanlar sağlamlıqlarını xalq təbabəti vasitəsilə qoruyublar ki, bu vasitələrdən biri də eşşək südüdür. İbn Sinanın əsərlərində də bu məsələ qeyd olunub”.

Ekspert vurğuladı ki, Avropa ölkələrində, əsasən də Fransada, İtaliyada, Hollandiyada, Almaniyada, İsveçrədə uzunqulaq südünün satışı həyata keçirilir. XArici ölkələrdə aparılan tədqiqatlar da göstərib ki, eşşək südü tərkibi etibarilə ana südünə ən yaxın olan süddür.

Bəs, vətəndaşlar necə düşünür? Onlar eşşək südünü dərman kimi qəbul edirlərmi? Ölkəmizdə satışı gerçəkləşərsə, alıb istifadə edərlərmi?

Musavat.com olaraq  bu suallarla paytaxt sakinləri arasında sorğu keçirdik.  Respondentlərin maraqlı cavablarını təqdim edirik.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …