Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Eldar Mahmudovun rəis qohumu işdən çıxarıldı

Eldar Mahmudovun rəis qohumu işdən çıxarıldı

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynovun vəzifəsindən azad olunması təsdiqlənib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Trend”ə bildiriblər ki, B.Hüseynov nazir Əli Abbasovun əmri ilə işdən azad olunub.

Qeyd edək ki, B.Hüseynov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur. E.Mahmudov prezident İlham Əliyevin sərəncamı ilə oktyabrın 17-də vəzifəsindən azad edilib.

Məlumatlara görə, B.Hüseynov artıq saxlanılıb.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın