Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Daha bir müəllim şagirdi ilə evləndiyini etiraf etdi: “O qız 7-ci sinifdə oxuyanda …” – VİDEO

Daha bir müəllim şagirdi ilə evləndiyini etiraf etdi: “O qız 7-ci sinifdə oxuyanda …” – VİDEO

Müəllim 7-ci sinifdə oxuyan məktəbli ilə nişanlandığını bildirib.

Azərbaycan telekanalında efirə gedən verilişlərdən birinə dəvət alan Mirismayıl Xәlәfli şagirdini sevdiyini və onunla ailə qurduğunu deyib.

Qeyd edək ki, adı çəkilən şəxs proqramda median nümayəndəsi və sayt rəhbəti kimi iştirak edib.

“Mən 7-ci sinifdə oxuyan xanımla ailə qurmuşam. Ona görə ki, sabah mənim başıma qaxınc olmasın. Mən öz yoldaşıma dərs demişəm. 7-ci sinifdə oxuyarkən onu məktəbdən çıxarmışam. Kəbin yaşına çatandan sonra ailə qurmuşuq. Sabah xanım mənə deməsin ki, yemək bişirə bilməz, işdən yorğun gəlib, yatmalıdır, dincəlməlidir. Belə bir şey olar?…” – M.Xələfli bildirib.

Onun bu çıxışına isə psixoloq Nərmin Şahmarzadə qəzəblə və emosianal tərzdə reaksiya verib: “Bu, fəxrlə deyiləsi bir şey deyil, pedofillikdir. Alqış gözləyirsiniz? Bu, psixoloji travmadır, zorakılıqdır, ağlamalı situasiyadır. Bilirsiniz, uşaqları niyə oxutdurmaq istəmirlər? Belə müəllimlərin olduğuna görə… Deməli, müəllim şagird münasibətində pozuntu yaşayırlar”.

 

 

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …