Ana səhifə / Cəmiyyət / Bir tərəfimiz hər zaman yarımçıq qalacaq – Nərgiz Cəlilova

Bir tərəfimiz hər zaman yarımçıq qalacaq – Nərgiz Cəlilova

İnanmaq çətin olsa da, 29 il keçdi! Mən də o qanlı hadisələrin şahidiyəm. Güllə səsləri bu gün də qulaqlarımdadır.

Bu sözləri əməkdar artist, teleaparıcı Nərgiz Cəlilova 20 Yanvar hadisələri barədə danışarkən bildirib.

Onun sözlərinə görə, hər il o günləri, şəhidlərimizin xatirəsini anmaqla unutmadıq deyə bütün aləmə səslənirik: “Əslində yalnız 20 yanvar günü yox…Sovet ordusunun törətdiyi bu qanlı hadisələr hər zaman bizim yaddaşımızdadır! Gülsək, danışsaq, toy-bayram etsək də, təhtəlşüurumuzda daim bunu yaşayırıq və yaşayacağıq da. Nə qədər ki, torpaqlarımız işğal altındadır, bir tərəfimiz hər zaman yarımçıq qalacaq və yaşayacağıq da….Torpaqlarımızın azad etməyənə qədər bu, bizim varlığımıza, təfəkkürümüzə təsir edəcək! Allah bir daha o günləri görməyi nəsib eləməz inşallah!”, -deyə Nərgiz Cəlilova qeyd edib. (Teleqraf.com)

Həmçinin oxuyun

Kamran Əliyev təqaüdə göndərildi, bəs 73 yaşlı Ramiz Zeynalov?

“Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun təqaüdə gedib-getməməsi məsələsi çoxdan …