Ana səhifə / Cəmiyyət / Bir azərbaycanlı milyonlarla pakistanlını necə xilas etdi?

Bir azərbaycanlı milyonlarla pakistanlını necə xilas etdi?

Məşhur milyonçu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev həyatı boyu çoxlarına kömək edib. Ötən əsrin əvvəllərində Bakıda neft emalı, ilk dəmir yolu, yanğın stansiyası, Bakıya su çəkilməsi, bank, ilk pambıq dəyirmanı, məktəblər, mədrəsələr, xəstəxanalar, teatr və bir çox yenilik onun adı ilə bağlıdır.

Virtualaz.org bildirir ki, bunlar böyük Azərbaycan xeyriyyəçisi, milyonçu Hacı Zeynalabdin Tağıyev haqqında “Vestnik Kafkaza” nəşrində dərc olunan maraqlı məqalədən götürülüb.

“Bir azərbaycanlı milyonlarla pakistanlını necə xilas etdi?” başlıqlı yazıda Z.Tağıyev haqqında çoxunun bilmədiyi maraqlı tarixçədən bəhs edilir: “XIX əsrdə müasir Pakistan ərazisi Britaniya qoşunları tərəfindən zəbt olunmuşdu. Həmin vaxt bu ölkə Britaniya Hindistanına daxil edilmişdi. XX əsrin əvvəllərində Pakistanın müstəqilliyi və təhsili üçün hərəkat başlananda ölkəni vəhşi epidemiya-yoluxucu xəstəlik bürüyür. Ağır ağciyər xəstəliyi adi qrip kimi yayılırdı. Bu xəstəlik demək olar ki, 100 faiz ölümlə nəticələnirdi. O vaxt Pakistanda sürətlə yayılan ölümcül xəstəlikdən 100 mindən çox insan dünyasını dəyişir. Azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyev Pakistanda ölümcül xəstəliyin qarşısını almaq üçün ora 300,000-dən çox vəba vaksini göndərir.

1947-ci ildə Pakistan müstəqillik qazandıqdan sonra bu vacib faktı tarix kitablarına salırlar. Elə bu yaxşılıqlara görədir ki, Pakistan xalqı Azərbaycanı qardaş dövlət hesab edir və Qarabağ münaqişəsinin həllində rəsmi Bakının mövqeyini tam dəstəkləyir.

Maraqlıdır ki, Pakistan Dağlıq Qarabağ məsələsinə görə Ermənistanı dövlət kimi tanımayan yeganə respublikadır.

Pakistanın baş naziri Nəvaz Şərif Azərbaycan səfərində bu tarixi faktı xatırladaraq deyib: “Bakı “Küləklər Şəhəri “adlandır. Bu gözəl şəhərin təbiəti biz pakistanlılara öz vətənimizi xatırladır. Bakının mərkəzində yerləşən “Multani” karvan-sarayı xalqlarımız arasında tarixi əlaqənin təsdiqidir. Bu karvan-saray Pakistanda olan Multan şəhərinin şərəfinə “Multani” adlandırılır”.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …