Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Bayrağımıza qarşı hörmətsizlik – FOTO

Bayrağımıza qarşı hörmətsizlik – FOTO

“Facebook” sosial şəbəkəsində müxtəlif profillərdən Azərbaycan bayrağının təhqir olunması ilə bağlı foto paylaşımlar edilib.

Bükülmüş bayraq

©Bükülmüş bayraq

Sputnik Azərbaycan xəbər verir ki, sosial şəbəkə istifadəçiləri hadisənin Sabirabad rayonunda baş verdiyini iddia edirlər. Guya ki, olay Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsində baş verib. 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti isə mətbuata açıqlamasında iddianı təkzib edib, xidmətin şəxsi heyətinin Azərbaycanın dövlət atributlarını müqəddəs saydığını vurğulayıb.

Bükülmüş bayraq

©Bükülmüş bayraq

Bununla yanaşı, Xidmət olayla bağlı araşdırma aparır və məsələ ciddi nəzarətə götürülüb.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …