Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Bakıdakı 263 saylı məktəbdə 1-ci sinif şagirdinin zorlanması təsdiqlənir

Bakıdakı 263 saylı məktəbdə 1-ci sinif şagirdinin zorlanması təsdiqlənir

Bakının Xətai rayonundakı 263 saylı orta məktəbdə 1-ci sinifdə oxuyan oğlan uşağının həmin məktəbin 10-cu sinif şagirdi (bəzi məlumata görə iki şagird) tərəfindən zorlanması iddiaları təsdiqini tapır. Virtualaz.org həmin məktəbin işçilərindən birindən anonimlik şərti ilə dəqiqləşdirib ki, azyaşlının seksual zorakılığa məruz qalması hadisəsini əvvəlcə ört-basdır etmək istəyiblər. Lakin valideyinlər bundan xəbər tutub və hadisə mətbuata sızıb.

Mənbəmizin bildirdiyinə görə hazırda məktəbdə hüquq-mühafizə orqanlarının çoxsaylı əməkdaşları araşdırma aparır. Məktəbin həyətinə giriş bağlanıb.“Hadisənin olması dəqiqdir. Təcavüzə məruz qalan 1-ci sinif şagirdi danışdırılıb, o başına gələnləri danışıb. Deyir onu zorlayan 10-cu sinif şagirdinin adını bilmir, amma görsə tanıyacaq. Bu səbəbdən sabah məktəbdə üzləşdirmə olacaq. Polis məktəbin bütün 10-cu sinif şagirdlərinin məktəbdə olmasını tapşırıb, kim gəlməsə deməli hadisəni törədən odur”-məktəbdəki mənbəmiz deyib.

Qeyd edək ki, bu dəhşətli cinayət əməlini bilib gizlətməyə görə uşağın himayəçisi qismində çıxış edən xalası, məktəbin direktoru və sinif müəllimi, digərləri də cinayət məsuliyyəti daşıyır. Çünki onlar hadisəni bildikləri halda hüquq-mühafizə orqanlarına şikayət etməyiblər. Cinayətdən ancaq valideyinlərin mətbuata müraciətindən sonra hüquq-mühafizə orqanları xəbər tutub.

Təhsil çevrələrindəki mənbələrimiz deyirlər ki, Bakı məktəblərində son illər bir-birinin ardınca baş verən zorlama hadisələri, rüşvətin və digər qanunsuzluqların geniş vüsət alması Məhəbbət Vəliyevanın şəhər Təhsil İdarəsinə rəhbər təyin olunmasından sonraya təsadüf edir. Onun dövründə Bakı məktəbləri əsl bazara çevrilib. M.Vəliyeva hər yerdə özünü yeni təhsil naziri Ceyhun Bayramovun adamı kimi təqdim edir, ancaq yeni nazirin onu himayə etdiyi nə dərəcədə doğrudur, bu məlum deyil.

Əməkdaşımız isə məktəbdən xəbər verir ki, məktəbin giriş qapısı bağlanılıb, içəri yalnız şagirdlər buraxılır. Hazırda 10-a yaxın polis əməkdaşı məktəbdədir, onlar zorlandığı deyilən uşaqdan, onun valideynindən və sinif müəllimindən izahat alırlar.

Aksiyada iştirak edən valideynlərdən biri deyir ki, oğlu həmin məktəbdə 2-ci sinifdə oxuyur. Hadisədən sonra məktəbə müşahidə kameralarının quraşdırılmasını, həmçinin ayaqyoluna nəzarətçi qoyulmasını tələb edirlər:“Hadisə 1 həftə əvvəl baş verib, amma valideynlərin çoxu bu gün xəbər tutublar. Saat 11-dən məktəbin qarşısına toplanmışıq. Direktor isə deyir ki, bu məlumat yalandır. Amma biz bilirik ki, uşağın valideyni ilə dil tapıblar”.

 

Valideynlər iddia edirlər ki, hadisəni torədən uşaq gizlədilir, əvəzinə aşağı sinif şagirdini günahlandırırlar: “Uşaq əvvəl yuxarı sinifdə oxuyan uşaqlardan ikisini göstərib. Həmin uşaqlardan birinin valideynləri imkanlıdır. Biz yenə toplanaraq araşdırmanın nəticələri ilə bağlı açıqlama verilməsini tələb edəcəyik”

Adını açıqlamasını istəməyən ibtidai sinif müəllimələrindən biri isə deyib ki, zorlama olmayıb, 6-cı sinif şagidrlərindən biri birinci sinif uşağının üstünə qışdırıb. “Zorlama xəbərlərinin kimin tərəfindən yaydığını bilmirik. Yəqin ki, məktəbə qarşı təxribat edirlər”.

Polis əməkdaşlarından biri müəllimənin açıqlama verməsinə və şəkil çəkilməsinə imkan verməyib. Məktəbdən çıxan şagrdlərdən biri isə deyib ki, direktor bütün siniflərə tanımadıqları şəxslərlə danışmağı qadağan edib.

*   *   *14:38

263 saylı orta məktəbdə 1-ci sinif şagirdi olan oğlan uşağının 10-cu sinifdə oxuyan iki oğlan tərəfindən zorlanması barədə iddialar Bakı şəhər Təhsil İdarəsi tərəfindən araşdırılır.

Bu barədə virtualaz.org-a məlum olub. Habelə Xətai rayon hüquq-mühafizə orqanlarının da bu iddia barədə araşdırma aparır. Bu arada məktəbin direktoru, seksual zorakılığa məruz qaldığı deyilən şagirdin xalasına 2 min manat verib cinayəti ört-basdır etdiyi deyilən Nürqələm Bayramova BiG.az-a zorlama xəbərinin yalan olduğunu söyləyib. “Zorlama olmayıb. Sadəcə 10-cu sinif uşağı azyaşlını döyüb. Uşaq da bundan qorxuya düşüb. Azyaşlını döyən uşaqda məktəbdən uzaqlaşdırılıb”.

Hazırda məktəbin qarşısında valideynlər aksiyanı davam etdirir. Valideynlərin verdiyi məlumata görə 35 nömrəli polis bölməsinə direktor və həmin şagird barədə şikayət ərizəsi yazıblar. Əməkdaşlarımız baş verənləri araşdırmaq üçün məktəbə yollanıb.

*   *   *13:55

Azərbaycanda daha bir məktəb zorlama cinayəti ilə gündəmə gəlib. Belə ki, BiG.az saytının yazdığına görə Xətai rayonunda yerləşən 263 nömrəli orta məktəbdə zorlama hadisəsi baş verib. Bu barədə sayta  uşaqları həmin məktəbdə oxuyan valideynlər deyiblər. Onların bildirdiyinə 1-ci sinifdə oxuyan oğlan uşağı məktəbin tualetində 10-cu sinif şagirdlərinin cinsi təcavüzünə məruz qalıb.

Hadisə aprelin 19-da baş verib. Eyni sinifdə oxuduqları iddia olunan iki nəfər 10-cu sinif şagirdi 1-ci sinifdə oxuyan oğlanı  ayaq yolunda şalvarını çıxararaq zorlayıb. Hadisə azyaşlının hadisəni sinifdə yoldaşlarına danışarkən ortaya çıxıb. Valideynlər onu da qeyd ediblər ki, zorlanan şagirdin valideynləri rayonda yaşadığına görə uşaq xalasıgildə qalır.

Valideyinlər məktəb direktoru Nürqələm Bayramovanın zorlanan azyaşlının xalasına 2000 manat verərək hadisəni ört-basdır etdiyini deyir. Bundan əlavə azyaşlını zorladığı deyilən şagirdin valideynləri direktora rüşvət verərək onun məktəbdən qovulmamasına da nail olublar.

Bildirilir ki, həmin uşağın yerinə günahsız şagird şərlənərək məktəbdən uzaqlaşdırılıb. Valideynlər vurğulayıb ki, direktora nə qədər şikayət etsələr də nəticəsiz qalıb. Şikayətlərinə baxılmadığını görən valideynlər bu gün məktəbin qarşısında aksiyaya toplaşıblar.

Onlar direktorun şikayətlərinə baxmasını və həmin şagirdin dərhal məktəbdən qovularaq cəzalandırılmasını istəyirlər. Lakin direktor qəzəbli valideyinləri qəbul etmir.

“Direktor bizi qəbul etmir. Sözümüz direktora çatdırılmır. Bizi qəbul edənə kimi aksiyamızı davam etdirəcəyik”.

Bildirilir ki,  seksual zorakılığa məruz qalan 1-ci sinif şagirdi həmin məktəbin müəlliməsi Fəxrəndə Rəhimovanın sinfində oxuyur.

Son məlumata görə məktəbin qarşısına toplaşan valideyinlərə polis müdaxilə edib, gərginlik isə qalmaqdadır. virtualaz.org məktəblə əlaqə saxlayıb, telefon zənginə cavab verən şəxs bildirib ki, deyilənlər “şaiyədir” və araşdırılır. Bu biabırçı hadisə ilə bağlı əlavə təfərrüatlar dəqiqləşdirməyə çalışırıq.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …