Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Bakıda şok reyd – Ən bahalı maşınlar cərimə meydançasına salındı – FOTOLAR

Bakıda şok reyd – Ən bahalı maşınlar cərimə meydançasına salındı – FOTOLAR

Dünən axşam saatlarında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt ərazisində irimiqyaslı reyd keçiriblər. Avtosfer.az-ın məlumatına görə, reyd zamanı dünyanın ən tanınmış brend avtomobilləri və bahalı nömrələri müxtəlif avtomobillər cərimə meydançasına aparılıb. Reydin başlıca məqsədi avtomobilə əlavə avadanlıqlar, yəni səs siqnalı, sayrışan işıqlar quraşdıran, konstruksiya dəyişikliyi edərək səsboğucuya müdaxilə edən, avtomobilin rəng qrafikasını pozaraq vinil yapışdıran, ödənilməmiş cərimələri olan sürücüləri aşkarlamaq olub. Eyni zamanda, yol polisinə tabe olmayan, avtomobili sərxoş halda idarə edən sürücülərə də rast gəlinib.

Reyd zamanı 200-ə yaxın avtomobil saxlanılıb. Onlardan 100-dən çoxu cərimə meydançasına aparılıb.

Avtosfer.az-ın əməkdaşı həmin avtomobillərin həqiqətən də yol polisinin cərimə meydançasına aparılıb-aparılmadığını öyrənmək üçün bu gün Bakı həhər Dövlət Yol Polisi İdarəsinin yaxınlığındakı iki cərimə meydançasına baş çəkərək müşahidələr aparıb. Məlum olub ki, həqiqətən də reyd zamanı saxlanılan avtomobillər dünən gecə cərimə meydançasına salınıb. Hətta iş o yerə çatıb ki, hər iki cərimə meydançası dolduğu üçün bir neçə avtomobil yolun kənarında park edilib.

Cərimə meydançasına salınan avtomobillər arasında «Bentley», «Porche», «Maserati», «BMW»nin son modelləri, «Mersedes Galendewagen», «Mersedes S-klass», «Range Rover», «Cadillac Escalade», «Hummer», «Lexus» və «Land Gruiser»lər də var idi. Cərimə meydançasında rast gəldiyimiz avtomobillərin nömrələri də göz qamaşdırır. Onlarından bəzilərinin fotolarını təqdim edirik:

10 TM 500

99 AR 392

90 EG 500

10 EG 888

10 HH 006

90 EB 039

10 UO 002

10 CO 099

10 VH 006

90 UZ 999

99 FX 999

10 NN 019

90 HN 905

10 XZ 007

10 ON 004

90 XK 300

90 ED 009

10 VS 070

90 VH 019

90 CC 888

90 SD 222

90 RP 011

99 AA 140

99 AE 056

90 RD 501

10 TO 088

90 HK 888

90 EL 008

10 VG 010

10 ET 400

90 NP 900

90 KK 886

90 DA 333

90 EL 100

90 BU 099

90 UH 888

10 XS 300

90 NN 888

90 LP 111

10 BK 005

90 TT 838

90 AH 177

99 DE 557

10 EX 002

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, bu cür reydlər davamlı olacaq.

Həmçinin oxuyun

Çovdarovların “Vosmoy bazarı”na dair iddiası təmin olunmadı

Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq generalı Akif Çovdarovun cinayət işi üzrə …

Bir cavab yazın