Ana səhifə / Cəmiyyət / Bakıda sərnişin sürücünü təhqir etdi – Video

Bakıda sərnişin sürücünü təhqir etdi – Video

Bakıda marşrut avtobusuna ödəniş etmədən minən sərnişin ilə sürücü arasında mübahisə yaranıb.

“ Azinforum.az ” ın “BakuBus”a istinadən verdiyi xəbərə görə, hadisə yanvarın 30-u saat 18:48 radələrində 90-JH-110 dövlət qeydiyat nişanlı 175 saylı marşrut avtobusunun sonuncu, Səməd Vurğun bağı dayanacağında baş verib.

Sərnişin ödəniş etmədən avtobusa daxil olub və sürücü mikrofonla sərnişinə xəbərdarlıq edib. Bundan sonra qəzəblənən sərnişin ictimai yerdə sürücünü nalayiq sözlərlə təhqir etməyə başlayıb və onun üzərinə gəlib. Ətrafdakı sərnişinlər müdaxilə etdikdən sonra həmin şəxs yenə ödəniş etmədən geri qayıdır və sürücü bununla bağlı yaxınlıqdakı xətt dispetçerini dəvət etmək üçün avtobusu tərk edir. Bundan sonra hadisə yerinə polis əməkdaşları dəvət olunur və bunu görən həmin sərnişin dərhal tələsik şəkildə avtobusu tərk edir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiz

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …