Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / Bakıda itlə parka gələnlər 50 manat cərimələnəcək – FOTOLAR

Bakıda itlə parka gələnlər 50 manat cərimələnəcək – FOTOLAR

Bakıda sakinlərin itlərlə istirahət parklarına girişinin qadağan olunması barədə xəbərdarlıq elanları yerləşdirilib.
AzVision.az-ın məlumatına görə, şəhərin bir çox parklarında bununla bağlı elanlar vurulub.

Sakinlərə xəbərdarlıq edilir ki, qazona girmək və parka itlə giriş qadağandır. Əks təqdirsə, qadağanı pozanlar 50 manat məbləğində cərimə olunacaq.

Qeyd edək ki, istirahət vaxtı itlərin parklara gətirilməsi dəfələrlə yerli sakinlərin narazılığına səbəb olub.

Həmçinin oxuyun

Polisə: “Yazma, bunu burax”, – deyən şəxs başını bəlaya saldı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtın 20 Yanvar dairəsində və “Şamaxinka” adlanan ərazidə …