Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanlıların Rusiyadakı toy karvanı müzakirələrə səbəb oldu (VİDEO)

Azərbaycanlıların Rusiyadakı toy karvanı müzakirələrə səbəb oldu (VİDEO)

Rusiyanın Petrozavodsk şəhərində azərbaycanlıların toy korteji qəza şəraiti yaradıb.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə noyabrın 26-da qeydə alınıb.
İşıqforun qırmızı işığında keçən kortej az qala piyadaları vuracaqdı. Sürücülərin təhlükəli manevrləri şəhərdəki müşahidə kameraları tərəfindən lentə alınıb.
Hadisənin “baş” qəhrəmanlarından biri Kareliya Respublikasının gənclər parlamentinin 18 yaşlı deputatı Seymur İsmayılov olub. Görüntülər onun şəxsi “Instagram” hesabında paylaşılıb. Nəticədə, deputat tutduğu vəzifədən azad edilib.
Kortejdəki avtomobillərin sürücüləri ümumilikdə 100 min rubl (2500 manat) məbləğində cərimələnib.
Sosial şəbəkə istifadəçiləri baş vermiş hadisəni kəskin qınayıblar.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …