Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanlılar və çeçenlər bir masa arxasına toplaşdılar – VİDEO

Azərbaycanlılar və çeçenlər bir masa arxasına toplaşdılar – VİDEO

Rusiya paytaxtındakı Azərbaycan və Çeçenistan diasporlarının nümayəndələri iki qardaş xalq arasına nifaq toxumları səpmək istəyənləri qınayan birgə bəyanatla çıxış ediblər.

İki diaspor təmsilçilərinin görüşü Moskvadakı restoranlardan birində baş tutub. Jurnalist Fuad Abbasov özünün YouTube kanalında görüşdən canlı yayım nümayiş etdirib.

Görüş iştirakçıları qeyd ediblər ki, Azərbaycan və çeçen xalqları əsrlər boyu dinc yanaşı yaşayıblar. Çeçen xalqının ən ağır dövrlərində azərbaycanlılar özlərinin inanc qardaşlarına hər cür yardım ediblər.

Çeçen diasporunun nümayəndələri internetdə azərbaycanlıların ünvanına təhqirlər səsləndirilən təxribatçı videonu hazırlayıb yayanları qınayıblar.

Görüş iştirakçıları Azərbaycan və çeçen xalqlarını ayıq olmağa və təxribatlara uymamağa çağırıblar. Son günlər internetdə iki xalq arasında nifaq salmağa hesablanmış videolar dərc edilir.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …