Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanın şəhid olan hərbi qulluqçusu sabah Şabranda dəfn olunacaq

Azərbaycanın şəhid olan hərbi qulluqçusu sabah Şabranda dəfn olunacaq

Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 1978-ci il təvəllüdlü Salahov Fizuli Süleyman oğlu sabah Şabran rayonu, Gəndov kənd qəbiristanlığında dəfn olunacaq. O, 19 il Azərbaycan Silahlı Qüvvələrində xidmət edib.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, 39 yaşlı hərbiçinin nəşi bu gün ailəsinə təhvil veriləcək.

Qeyd edək ki, şəhid F.Salahov ailəli olub, iki oğlu var.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …