Ana səhifə / Cəmiyyət / AXC-nin 100 illiyi ilə bağlı beynəlxalq tədbir keçiriləcək

AXC-nin 100 illiyi ilə bağlı beynəlxalq tədbir keçiriləcək

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı sərəncamına əsasən noyabrın 2-də “Azərbaycan tarixin yolayrıcında: təlatümlü 1917-ci il” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Bu haqda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən Azinforum.az-a verilən məlumatda bildirilib.

Beynəlxalq elmi konfransın təşkilatçıları Tarix İnstitutu, “Azərbaycan Tarix Qurumu” və “Azərbaycan Tarixçiləri” ictimai birlikləridir.

Beynəlxalq konfrans “1917-ci il Fevral inqilabından sonra Şimali Azərbaycanda ictimai-siyasi vəziyyət”, “Rusiya müsəlmanlarının I qurultayı”, “Oktyabr çevrilişi və Azərbaycan” və “Azərbaycan xalqının və Rusiya imperiyasının digər xalqlarının azadlıq hərəkatı” adlı dörd bölmədə fəaliyyət göstərəcək.

Konfransa Azərbaycan tarixçiləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən – Albaniya, Türkiyə, Rusiya, Özbəkistan, Polşa, Finlandiya və başqa ölkələrdən olan alimlər elmi məruzələrini təqdim ediblər.

Konfrans AMEA-nın əsas binasında (Kiçik akt zalı, 2-ci mərtəbə) keçiriləcək.

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …