Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / APTEKİ, BAZARI, “ZAPRAVKA”sı OLMAYAN RAYON – Azərbaycanda

APTEKİ, BAZARI, “ZAPRAVKA”sı OLMAYAN RAYON – Azərbaycanda

Azərbaycanın paytaxt Bakıya ən yaxın turizm rayonu olan Xızıda anlaşılmaz vəziyyət hökm sürür.

16 370 nəfər əhalisi olan rayonda nə aptek var, nə yanacaqdoldurma məntəqəsi, nə də bazar. Rayonun hər kəndində 1 və ya 2 nəfər paytaxt Bakıdan və ya Sumqayıtdan ən çox istifadə olunan (qrip əyehinə, ağrıkəsici və s.) və ucuz dərmanları alır və öz evində kənd camaatına satır. Digər dərmanları isə Bakı və Sumqayıta gedən olsa, onlara sifariş edirlər. Evlərdə dərman satışı gizli şəkildə həyata keçirildiyindən, çox adamın xəbəri olmur.

Benzin isə əsasən evlərdə satılır. Bu məsələ də evlərdə dərman satışı kimi tənzimlənir. Kimsə kauçuk butulkalara benzin doldurur və öz evinə gələn sürücüləri yanacaqla təmin edir.

Xızı rayonunda taksi sürücüsü işləyən Mehman adlı şəxs əməkdaşımızla söhbətində benzin üçün kiminsə qapısına getməli olduqlarını deyir: “Məsələn, mən taksi sürücüsü işləyirəm, hamımız insanıq, yadımdan çıxsa, benzin vurmasam, yolda qalacam. Bu boyda rayonda bir “zapravka” yoxdur ki, maşını ora kimi çatdırasan”.

Taksi sürücüsü rayonda aptekin olmamasından da danışıb: “Burada nə var ki, aptek də olsun? Heç nəyimiz yoxdur. “Zapravka” yoxdur benzin vuraq, aptek yox dərman alaq. Xəstələnəndə gözləyirik ki, şəhərə gedən olsun, dərman alıb gətirsin, o gələnə kimə xəstəmiz ölməsin. Benzini də qonum-qonşuda butulka ilə satırlar. Gedib elə alırıq”.

Xızı kəndlərindən birində öz evinin qarşısında benzin satışıyla məşğul olan Əliheydər kişi isə deyir ki, çörək pulunu bu yolla qazanır: “Əvvəl Xızı Rayonunun Polis rəisi İsmayıl idi, onun vaxtında yanacaq doldurma məntəqəsi var idi. O gedəndən sonra bağlandı. İndi məntəqənin özü var, amma işləmir”.

xizi zapravka

(BakiPost)

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın