Ana səhifə / Cəmiyyət / Ali təhsil müəssisələrində maliyyələşmə mexanizminə dəyişiklik edilib

Ali təhsil müəssisələrində maliyyələşmə mexanizminə dəyişiklik edilib

Nazirlər Kabineti “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərarında dəyişikliklər edib

“Report” xəbər verir ki, bu barədə qərarı Baş nazir Artur Rasi-zadə imzalayıb.

Dəyişikliyə görə, qərarın 1 və 2 nömrəli əlavələri aşağıdakı redaksiyada tədiq edilib:

1 nömrəli əlavə – “Ayrı- ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və tibb təhsili üzrə əsas təhsil səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı” və 2 nömrəli əlavə – “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura və rezidentura səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı” yeni redaksiyada təsdiq edilsin (1 və 2 nömrəli əlavələr).

Aşağıda qeyd olunan 1 nömrəli əlavə ləğv edilib:

“Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı” və 2 nömrəli əlavə – “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı”.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …