Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / 14 yaşlı qızı otelə aparan daha çox günahkardır, yoxsa…?- Bu mövzunun müzakirəsi canlı yayında

14 yaşlı qızı otelə aparan daha çox günahkardır, yoxsa…?- Bu mövzunun müzakirəsi canlı yayında

Mehriban Zeynalova ilə Seymur Verdizadə musavat.com -un Facebook səhifəsinin canlı yayınında bu dəhşətli qalmaqalla bağlı suallara cavab verəcəklər


Musavat.com saytının Facebook səhifəsindəki canlı yayınında bu dəfə son günlərin ən qalmaqallı mövzularından biri müzakirə ediləcək. 14 yaşlı qızı otelə aparıb zorlayan məmur oğlu və bunun yaratdığı səs-küy “Təmiz Dünya” Təşkilatının rəhbəri Mehriban Zeynalova və jurnalist Seymur Verdizadənin fikir mübadiləsi ilə izləyicilərə təqdim ediləcək. Kim daha çox günahkardır: azyaşlı ilə münasibət quran, buna imkan verən otel rəhbərliyi, uşağını nəzarətdən kənarda qoyan valideynlər?

Bu gün saat 12.00-də başlanacaq verilişə siz də öz mövqe və suallarınızla qatılın, mövzunun detalları ilə tanış olun.

Bir saat boyunca davam edəcək canlı yayın zamanı saytımızın və Facebook səhifəmizin izləyiciləri də müzakirələrdə aktiv iştirak edə bilərlər.

Facebook səhifəmizin ünvanı: https://www.facebook.com/NewMusavat/

Musavat.com

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …