Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Əli Orucov AMİP rəhbərliyinə qarşı

Əli Orucov AMİP rəhbərliyinə qarşı

Azərbaycan Milli İstiqlal Partiyasında fikir ayrılığının yarandığı bildirilir. Partiyanın baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, fikir ayrılığı AMİP-in qurultayının keçirilməsi ilə bağlıdır. Onun sözlərinə görə, bir sıra AMİP-çilər qurultay keçirilməsinin lehinə, başqa qrup isə onun əleyhinədir. AMİP Siyasi Şurasının üzvü Əli Oruclu isə “OLAYLAR”-a verdiyi açıqlamada deyib ki, hər hansı məsələ ilə bağlı istənilən qurumda, istənilən təşkilatda fikir ayrılıqlarının olması təbiidir: “AMİP-də fikir plüralizmi və fərqli fikir, mövqeyə həmişə hörmətlə yanaşılıb. Lakin qərarların qəbulundan sonra müzakirələrə də son qoyulur və hamılıqla qəbul edilən qərarın icrasına çalışılır. Partiyanın növbəti qurultayının keçirilməsi ilə bağlı qərar 12 aprel 2015-ci il tarixli Mərkəzi Şuranın toplantısında qəbul edilib. Doğrudur, müzakirələr zamanı Qurultayın parlament seçkilərindən sonra keçirilməsi haqda təkliflər olunmuşdu. Ancaq açıq səsvermə nəticəsində əksər çoxluq Qurultayın parlament seçkilərinədək keçirilməsi kəsinləşdi və vaxtın təxminən sentyabr-oktyabr aylarına təyin edilməsi Siyasi Şuranın ixtiyarıda buraxıldı. Partiyanın ali kollegial qurumlarlarından birinin verdiyi qərarı icra etməkdən, onu yerinə yetirmək əvəzinə, yenidən bu kimi açıqlamalar verməyi və müzakirələr aparmağı doğru hesab etmirəm. AMİP-də ənənələr mövcudddur, qərarlar hərtərəfli və geniş müzairələrdən sonra qəbul edilir, qəbul edilmiş qərarlar isə yenidən müzakirəyə çıxarılmır və həyata keçirilir. Hesab edirəm ki, baş katib bu ənənin pozulmasına rəvac verməyəcək. Və partiyanın növbəti qurultayı da Mərkəzi Şuranın qəbul etdiyi qərarda göstərildiyi kimi 2 il gecikmə ilə olsa da parlament seçkilərdən əvvəl keçiriləcək. Partiyanın Konstitusiyası olan Nizamnaməni bu qədər də pozmaq olmaz”.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın