Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Rusiya XİN Naxçıvan istiqamətində monitorinqi təkzib etdi

Rusiya XİN Naxçıvan istiqamətində monitorinqi təkzib etdi

Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Ermənistan arasındakı sərhəddə monitorinqin keçirilməsi məsələsi ATƏT-də müzakirə olunmayıb.

Bu barədə Trend-ə münaqişə zonasına daxil olmayan ərazilərdə monitorinqin keçirilməsinin mümkünlüyü ilə bağlı ATƏT Minsk qrupunun həmsədri qismində rəsmi Moskvanın mövqeyi barədə suala cavab olaraq Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər.

Məlumatda qeyd olunub ki, bu anadək həmin məsələ ATƏT çərçivəsində müzakirə olunmayıb.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirmişdi ki, rəsmi Yerevan Ermənistanın Naxçıvanla sərhəd bölgələrində monitorinqin keçirilməsi ilə bağlı dəfələrlə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Ancey Kaspşikin ofisinə müraciət edib.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …