Ermənistan ordusu işğal altında olan Dağlıq Qarabağda daha bir itki verib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, martın 24-də saat 16.55 radələrində Dağlıq Qarabağ ərazisində yerləşən qanunsuz hərbi hissələrdən birində 1999-cu il təvəllüdlü əsgər Armen Arutunyanın meyiti aşkar edilib.
Erməni əsgərin ağacdan yıxılaraq öldüyü bildirilir.