Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Naxçıvanda döyüş atışlı xüsusi təlimlər keçirilir – FOTOLAR

Naxçıvanda döyüş atışlı xüsusi təlimlər keçirilir – FOTOLAR

Muxtar respublikada yerləşən Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə hissə və bölmələrində döyüş atışlı taktiki xüsusi təlimlər başlayıb.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən verilən məlumata görə, təlimlərə həyəcan siqnalının verilməsi, şərti hava düşməninin ilk zərbələrinin dəf edilməsi, idarəetmə və komanda məntəqələrində döyüş işinin aparılması ilə başlanılıb.

Təlimin döyüş atışlı mərhələsində düşmənin hava və yerüstü hədəfləri hava hücumundan müdafiə silahları ilə məhv edilib. Təlimlərə hava düşmənini təqlid edən Əlahiddə Ümumqoşun Ordunun aviasiyası da cəlb edilib.

Azinforum.az

Həmçinin oxuyun

Paşinyan kəndləri qaytarmağı yubadır, hərbi yola əl atılacaq – “Calber”

“Ermənistanın baş naziri Nikol Paşinyanın Tavuş bölgəsində yaşayan ermənilərlə görüşündə işğal olunmuş 4 Azərbaycan kəndinin …