Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Milli Məclisin səviyyəsi – ZAUR ƏHMƏD

Milli Məclisin səviyyəsi – ZAUR ƏHMƏD

Azərbaycanda əksər səlahiyyətli şəxslər özlərindən vəzifəcə aşağı olanları əzmək, aşığılamaq, hətta təhqir etməkdən çəkinmirlər.

Həmin adamlar çox vaxt öz qabiliyyətsizliklərini, savadsızlıqlarını, hətta səviyyəsizliklərini bununla ört-basdır etməyə çalışrlar. Ancaq həmişə də bu cəhdlər çox biədəb görüntü yaradır. Lətifəsi Milli Məclisimizdən uzaq… Parlamentlimizdə də son vaxtlar rəhbərlikdə təmsil olunanlar, xüsusən də Milli Məcclisin sədri Oqtay Əsədovla, müavini Ziyafət Əsgərov deputatlarla kobud davranırlar. Bəzən adama elə glir ki, onlar idarə müdirləridir, deputatlar da onların əmrində olan sravi işçilər. Halbuki, ən ali qanun qarşısında və onlara mandat verən seçicilər qarşısında spiker də başda olmaqla, bütün Milli Məclis rəhbərliy deputatlarla eyni hüquqa malikdirlər. Hamısını Xalq seçib(?). İndi seçib seçmədiyini müzakirə eləməyin yeri yoxdur. Sonra deyərlər ki, seçkiyə müdaxilə edirəm, azad və ədalətli seçkilərimizini üzərinə kölgə salıram, falan, filan…

Milli Məclisdə Spiker Oqtay Əsədovla millət vəkili Zahid Oruc arasında gərginliyin yşanmasına artıq adətkardə olmuşuq. Hər iclas olmasa da, mütəmadi olaraq, Oqtay müəlim Zahid Oruca irad tutur. Özü də spiker demək olar ki, hər dəfə qərəzli olaraq, Zahid müəllimə qarşı haqsızlıq edir. Adamın üstündə Allah var, Zahid Oruc hər dəfəsində loyal mövqe tutaraq necə deyərlər «yola verir». Amma Oqtay müəllim getdikcə dozanı artırmaqda davam etsə də, hörmətli deputat böyük şair Nəsiminin yaratdığı «Zahid» obrazının əksinə tövr nümayiş etdirir. Necə ki, «Zahidin bir barmağın kəssən dönüb həqqdən qacar» deyilsə də, Zahid Oruc indiyə Oqtay müəllimin təzyiqlərinə baxmayaraq, getdiyi yoldan dönmür.

Uzun sözün qısası Milli Məclisin son iclasında spiker dozanı artıq elədi. Onunla Zahid müəllim arasında yaşanan gərgin dialoq hələ də müzakirə mövzusudur. Eşitməyənlər, oxumayanlar üçün qısa xatırlatma. Spiker Milli Məclisdə deputata bunları deyib: “Sən danışdın, mən qulaq asdım, indi qoy mən izah edim, sən qulaq as. Mən dedim ki, imkan verməyəcəm danışmağa, amma sən sözünü kəsmədin. Sən gündəlikdən danış. Hər dəfə temadan kənar danışırsan. Qulaq as, özünü qabiliyyətli apar. Danışdın, səni də başa saldım. Başa düşmürsənsə, öz işindi. Sən artıq həddini aşırsan, özünü aparmağı bacarmırsan. Yerindən danışma. Bundan sonra səni yazılmağa da qoymayacam. Özünü aparmaq qabiliyyətin yoxdur. Mən sənin qabiliyyətini gördüm, çox belə səviyyəsiz”.

Sizi, bizi yaradana and olsun ki, indi məktəbdə müəllimlər övladları, nəvələri yerində olan şagirdlərə bu qədər ağır sözlər demirlər. Heç deyə də bilməzlər. Ən zəif, maymaq şagird özü də cavab verə bilməsə də, valideyni həmin müəllimin iki gözünü bir deşikdən çıxarar. Amma burda söhbət daha böyükdür. Nə Oqtay Əəsədov müəllimdir, nə də Zahid Oruc orta məktəb şagirdi. Spikerin deputata Milli Məclisin ən yüksək kürsüsündən dediyi sözlər isə heç bir əndazəyə sığmır.

Birincsi, spikerin deputatı təhqir etməyə ixtiyarı yoxdur. İkincisi,deputata çıxış etməyi qadağa qoymaq səlahiyyəti də Oqtay Əsədova verilməyib. Üçüncüsü, 125 nəfərin içində o cür ağır ifadələri dilə gətğirmək, özü də küçə jarqonu ilə danışmaq, ağsaqqal adama yaraşmır. Hər kəs özünə yaraşanı edir.

Amma mənə bir şey çox maraqlıdır. Görəsən, yoldaş Əsədov arxasında daha nüfuzlu adamların dayandığı, yaxud böyük qruplaşmalara daxil olan başqa millət vəkillərinə də eyni münasibət sərgiləyə bilərmi? Əmin olun ki, yox…

Həmçinin oxuyun

Paşinyan kəndləri qaytarmağı yubadır, hərbi yola əl atılacaq – “Calber”

“Ermənistanın baş naziri Nikol Paşinyanın Tavuş bölgəsində yaşayan ermənilərlə görüşündə işğal olunmuş 4 Azərbaycan kəndinin …

Bir cavab yazın