Ana səhifə / Cəbhə Xəbərləri / Ermənilərin yaydığı videodakı başdaşı Allahverdi Bağırovun deyil – QƏHRƏMANIN AİLƏSİNDƏN AÇIQLAMA

Ermənilərin yaydığı videodakı başdaşı Allahverdi Bağırovun deyil – QƏHRƏMANIN AİLƏSİNDƏN AÇIQLAMA

Azərbaycan mətbuatında, guya, ermənilər Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarının baş daşını nümayişkaranə şəkildə dağıtması barədə xəbər yayıb.
Azinforum.az bildirir ki, Qaziler.az saytı A.Bağırovun ailəsi ilə əlaqə saxlayıb. Məlum olub ki, dağıdılan məzar Milli Qəhrəmanımıza aid deyilmiş.
Ailədən bildiriblər ki, ümumiyyətlə A.Bağırovun başdaşı olmayıb: “Sadəcə, digər şəhidlər kimi onun baş daşı dəmir löhvədən ibarət olub”.
Elə dağıdılan başdaşından da görünür ki, o A.Bağırovun deyil. Çünki başdaşında qəhrəmanımızın adı, soy adı atasının adı rusca yazılıb. Videodakı başdaşı ermənilər tərəfindən qəsdən hazırlanıb və paylaşılıb.
Redaksiyadan: Əslində işğal altındakı ərazilərimizdə qalan istənilən şəhidimizin məzarı ermənilər tərəfindən təhqir edilə bilər. Amma ermənilərin yaydığı video həqiqəti əks etdirmir. Xahiş edirik şəhidlərimizlə bağlı, xüsusən Milli Qəhrəmanlarımızla bağlı erməni mətbuatının yaydığı məlumata uymayın. Yalan məlumatı yaymayın!

Həmçinin oxuyun

Paşinyan kəndləri qaytarmağı yubadır, hərbi yola əl atılacaq – “Calber”

“Ermənistanın baş naziri Nikol Paşinyanın Tavuş bölgəsində yaşayan ermənilərlə görüşündə işğal olunmuş 4 Azərbaycan kəndinin …