Cümə , Aprel 19 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Ermənilərin Talış kəndi ilə bağlı yalanı – FOTO

Ermənilərin Talış kəndi ilə bağlı yalanı – FOTO

Talış kəndində yaşayış binalarının inşa edilməsi ilə bağlı Ermənistan tərəfinin yaydığı xəbər məhz daxili auditoriyaya hesablanıb və prezident seçkiləri ərəfəsində təbliğat xarakteri daşıyır.

Azərbaycanın Müdafiə Nazirliyindən verilən məlumata görə, 2016-cı ilin aprel ayında keçirilən əks-həmlə əməliyyatı nəticəsində Talış kəndi ətrafındakı azad edilmiş yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqelərindən yaşayış məntəqəsi və bu istiqamətdə düşmən müdafiəsinin dərinliyindəki digər strateji əhəmiyyətli kommunikasiya xətləri daim nəzarətdə saxlanılır. Aprel döyüşlərindən sonra ermənilər tikinti işlərini Talış kəndi adı altında cəbhə xəttindən xeyli uzaqlıqdakı digər ərazidə aparırlar.

Nazirlikdən təqdim edilən fotolarda Azərbaycan Ordusunun yüksəklikdəki mövqelərindən aydın görünən Talış kəndidir və burada hər hansı bir tikintinin aparılması müşahidə olunmur. Döyüş mövqelərinə bu qədər yaxın məsafədə olan ərazidə tikinti işlərinin aparılması mümkün deyil.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …