“Bu gün ordumuzda xidmət edənlərin 80 faizi zabit, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçulardır. Bu da döyüş hazırlığına böyük dəstəkdir”
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, Azərbaycanın raket və artilleriya sistemləri dəqiq, səmərəli və daha uzaq məsafədə düşmənin hədəflərini məhv etməyə qadirdir.
“Yeni silahların alınması islahatların bir istiqamətidir. Bu silahlardan istifadə üçün təhsil sahəsində əsas addımlar atılıb. Təhsilin artırılması üçün 15-dən çox yeni poliqon yaradılıb”, – deyə nazir qeyd edib.