Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Cəbhədə atəşkəs 28 dəfə pozulub

Cəbhədə atəşkəs 28 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 28 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Əsrik Cırdaxan kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …