Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Aprel döyüşlərində həlak olan qızın qardaşı minaya düşdü -ayağı kəsildi, vəziyyəti ağırdır (AÇIQLAMA)

Aprel döyüşlərində həlak olan qızın qardaşı minaya düşdü -ayağı kəsildi, vəziyyəti ağırdır (AÇIQLAMA)

Tərtər rayonu Həsənqaya kənd sakini neytral zonada minaya düşüb.

Unikal.org xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Belə ki, 1996-cı il Azad Kamandar oğlu Həsənov neytral zonada minaya düşərək ağır yaralanıb və o, Bərdə Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bərdə Mərkəzi Xəstəxanasının baş həkimi Rəna Mustafayeva Unikal.org-a bildirib ki, xəstə hazırda reanimasiya şöbəsindədir və vəziyəti çox ağırdır: “Həkimlər onun sol ayağını, hər iki xayasını travmatik amputasiya ediblər. Hər iki qolun geniş ölçülü cırılmış yaraları diaqnozu ilə tibbi yardım göstərilir”.

Yaxınlarının Unikal.org-a verdiyi məlumata görə, Azad Həsənov qoyun otararkən hadisə baş verib. Belə ki, qoyunlardan biri neytral əraziyə keçib və o, heyvanı geri qaytarmaq istəyərkən minaya düşüb”.

Xatırladaq ki, Azad Həsənov Aprel döyüşləri vaxtı, düşmən gülləsi nəticəsində həlak olan 2000-ci il təvəllüdlü Turanə Kamandar qızı Həsənlinin qardaşıdır. O, Kəlbəcərin Ermənistan tərəfindən işğalı nəticəsində doğma yurdundan köçkün düşərək, Tərtərin Həsənqaya kəndində yuva qurmuş bir ailənin övladı idi.

Qeyd edək ki, bu barədə ilk məlumatı qafqazinfo.az saytı yayıb.

Həmçinin oxuyun

Paşinyan kəndləri qaytarmağı yubadır, hərbi yola əl atılacaq – “Calber”

“Ermənistanın baş naziri Nikol Paşinyanın Tavuş bölgəsində yaşayan ermənilərlə görüşündə işğal olunmuş 4 Azərbaycan kəndinin …