Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Afrin əməliyyatı 5-cü günündə – hökumət xalqı səfərbər edib

Afrin əməliyyatı 5-cü günündə – hökumət xalqı səfərbər edib

Türkiyənin Suriyanın şimalında Afrin rayonunun terrorçulardan təmizlənməsi məqsədilə başlatdığı “Zeytun budağı” əməliyyatının 4-cü günü arxada qaldı. Türkiyə ordusu və Azad Suriya Ordusu və digər müxalif qruplardan ibarət 25 min nəfərlik ordu qüvvələri bir neçə istiqamətdən Afrin rayonu ərazisinə daxil olub. Hazırda Türkiyə qüvvələri irəliləməkdə davam edir.

Yanvarın 23-də Ankarada prezident sarayında Türkiyə prezidentinin rəhbərliyi altında Təhlükəsizlik Dəyərləndirmə Toplantısı keçirilib. Toplantıdan sonra mətbuata açıqlama verən prezidentin sözçüsü İbrahim Kalın bildirib ki, əməliyyat planlaşdırıldığı şəkildə davam edir. Hazırda ordu qüvvələrinin irəliləməkdə davam etdiyini deyən Kalın, terrorçulara məxsus mövqelərin məhv edildiyini, dinc əhalinin qorunması üçün maksimum addımların atıldığını bildirib.

Bundan başqa əməliyyatın gedişində mülki əhalinin atəş bölgəsindən çıxarılması, yardım göstərilməsi aparılır. Bundan başqa beynəlxalq ictimaiyyətin və xarici ölkələr məlumatlandırılır. Kalın deyib ki, əməliyyatın əsas hədəfi terror təşkilatlarıdır, heç bir etnik qrup deyil.

Əməliyyatın 4-cü günündə Türkiyə ordusu ikinci şəhidini verib. Bu barədə Twitter səhifəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama yayıb. Məlumatda qeyd olunur ki, Afrin bölgəsində baş verən toqquşmalarda baş leytenant Oğuz Kaan Usta şəhid olub.

Qeyd edək ki, əməliyyatın 3-cü günü quru qüvvələri giziri Musa Özalkan şəhid olub. Ötən gün Ankarada şəhidin dəfn mərasimi keçirilib. Mərasimdə Türkiyə prezidenti Ərdoğan, Məclis sədri, baş nazir və ana müxalifət partiyasının lideri iştirak edib.

Zeytin dalı operasyonu ile ilgili görsel sonucu

İraq Türkmən Cəbhəsindən olan Kürd muxtariyyətinin Ərbildən olan deputatı Aydın Maruf təmsil etdiyi təşkilatın Afrin əməliyyatını dəstəklədiyini bəyan edib. Bu barədə Anadolu Agentliyi xəbər yayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov kürdlərin ittihamlarına cavab verib. Qeyd edək ki, YPG baş komandiri Sipan Hemo rusların kürdlərə xəyanət etdiyini deyib. Peskov deyib ki, kürdlərin xəyanət ittihamlarına cavab verməyəcək, ancaq eyni zamanda əlavə edib ki, Rusiya Afrin əməliyyatını diqqətlə izləyir və prosesin gedişatı ilə bağlı Türkiyə və Suriya rəhbərliyi ilə təmaslarını davam etdirilər. Sitat: “Əvvəl olduğu kimi, əsas prinsipimiz Suriyanın ərazi bütövlüyünün qorunmasıdır. Eyni zamanda Afrin əməliyyatında dinc əhalinin zərər görməməsini diqqətə alırıq”.

Zeytin dalı operasyonu ile ilgili görsel sonucu

Qeyd edək ki. “Zeytun budağı” əməliyyatına Türkiyə cəmiyyətində böyük diqqət var. Yerli telekanallar gün boyu əməliyyat bölgəsindən canlı xəbərlər verir, dəyərləndirmələr, ən son yeniliklər işıqlandırılır. Eyni zamanda ictimai rəydə əməliyyatla bağlı bir səfərbərlik var. Ötən gün Türkiyənin müxtəlif bölgələrində orduya edilən dualar, hazırlanan yeməklər və sovqatlarla bağlı xəbərlər yayılıb.

Ancaq bununla belə hökumət əməliyyatla bağlı dezinformasiya yayılmasından narahatdır. Xüsusən də Suriya kürd separatçılarını dəstəkləyən kürd siyasətçi və təşkilatları bu məsələdə fəallıq edir. Ötən gün polis 40 nəfərə yaxın HDP üzvünü dövlət əleyhinə çağırışlarına görə həbs edib.

Zeytin dalı operasyonu ile ilgili görsel sonucu

Bundan başqa məsələ Prezident yanında keçirilən təhlükəsizlik toplantısında müzakirə olunub. Ərdoğanın sözçüsü Kalın deyib ki, daha əvvəl olduğu kimi, “Zeytun budağı” əməliyyatı zamanı da dezinformasiya fəaliyyətləri müşahidə olunur. Sitat: “Mediamız da başda olmaqla bütün ictimaiyyətimizi bu cür yalan, təhrif olunmuş, provokativ xəbər, görüntü və şayiələrə qarşı diqqətli olmağa çağırırıq. Müvafiq hüquq-mühafizə və məhkəmə orqanları bu cür dezinformasiya fəaliyyətlərini yaxından izləyir və lazımı müdaxilələri həyata keçirəcək”.

Qeyd edək ki, Türkiyənin Afrindəki silahlı qruplara qarşı əməliyyatına Suriya və İranın reaksiyası əsas diqqət mərkəzindədir. Məsələ ondadır ki, İran və Suriya kürd məsələsində ən azı Türkiyə qədər həssas yanaşır. Çünki kürd separatizmi bölgənin 4 ölkəsini – Türkiyə, Suriya, İraq və İranı təhdid edir. Konkret olaraq Suriyadakı kürd muxtariyyəti məsələsində də İran və Suriya mövqe baxımdan Türkiyəyə daha yaxındır. Ancaq məlum olduğu kimi həm Dəməşq, həm də Tehran əməliyyata açıq dəstək vermədi. Hətta Dəməşq və Tehrandan rəsmi açıqlamalar əks mahiyyətdə oldu. Suriya rəsmən əməliyyatı ərazi bütövlüyünə təhdid adlandırdı.

Zeytin dalı operasyonu ile ilgili görsel sonucu

Ancaq məsələ ondadır ki, rəsmi Dəməşq faktiki olaraq əməliyyatdan məmnun görünür. Çünki hazırda Afrinin 3 tərəfdən Türkiyə və müttəfiqləri, bir tərəfdən isə Suriya ordusu əhatəyə alıb. Və hazırda bölgəyə kənardan yardım yoxdur. İkincisi ruslar da Afrindən çəkildilər. Bu da Dəməşqin açıq şəkildə göz yumduğuna işarədir.

Bunun isə bir neçə səbəbi var. Birincisi, kürdlər Suriyada Amerika ilə birgə hərəkət edir və hazırda faktiki olaraq Suriya ərazisində dövlət qurublar, ehtimal ki, Dəməşqdən bu gedişlə müstəqillik və ya siyasi muxtariyyət tələb edəcəklər. Dəməşq isə indiki vaxtda az qala ölkənin 30 faizindən çoxuna nəzarət edən kürdlərin cəzalandırılmasından məmnundur. Ancaq təbii ki, Dəməşq Afrin əməliyyatına açıq dəstək verməz. Çünki bununla ərazisinə xarici ordu yeridilməsinə razılıq vermiş, həm də Türkiyə ilə barışmış olur. Suriya isə buna hələlik tələsmir. Bu arada Suriya prezidenti Bəşər Əsəd Dəməşqdə İran nümayəndə heyətini qəbul edib və bu zaman Afrin əməliyyatına münasibət bildirib. İran Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Kamal Xərrazi və rəhbərlik etdiyi heyəti qəbul edən prezident Bəşər Əsəd Türkiyə hökumətini tənqid edib və böhranın ilk vaxtından bu cür qrupları dəstəklədiyini deyib.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …