Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Horadiz əməliyyatı – Erməni bayrağı ayaqlar altına belə atılmışdı (VİDEO)

Horadiz əməliyyatı – Erməni bayrağı ayaqlar altına belə atılmışdı (VİDEO)

Yanvarın 5-də Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin ən uğurlu əməliyyatlarından olan Horadiz döyüşlərinin 24 ili tamam olur.
Modern.az-ın məlumatına görə, Azərbaycan Ordusu mərhum prezident Heydər Əliyevin rəhbərliyi altında 1994-cü il yanvarın 5-də və 6-na keçən gecə keçirdiyi uğurlu əməliyyatla Horadiz qəsəbəsi də daxil olmaqla, Füzuli rayonunun 21, Cəbrayıl rayonunun isə 1 yaşayış məntəqəsini (Cocuq Mərcanlı kəndi) erməni işğalçılarından azad edib.

Horadiz əməliyyatı həmin vaxt ermənilərin Beyləqan rayonuna planlaşdırdığı hücumunun da qarşısını alıb. Bu döyüşlərdə ermənilər böyük itkilər verib.

Horadiz əməliyyatı 1993-cü il dekabrından başlayıb, 1994-cü il 6 yanvar tarixinə kimi davam edib. O zaman Azərbaycan Milli Ordusu Horadizi işğaldan azad edərək, qəsəbədə asılmış erməni bayrağını ayaqlar altına atdı. Təəssüf ki, Milli Ordunun o vaxtki zəfər yürüşü davam etdirilmədi… Necə deyərlər, zəfər yürüşü yarımçıq qaldı…

Bu gün yanvarın 5-i saat 15-də Şəhidlər xiyabanında Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ savaşı tarixində ən uğurlu hücum əməliyyatlarından biri olmuş Horadiz əməliyyatının növbəti ildönümü anılacaq.

Həmin döyüşün sonundan qürurverici görütünü təqdim edirik.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …