Cümə axşamı , Noyabr 15 2018
Ana səhifə / Cəmiyyət / “Yaşım imkan versəydi, “Səni deyirlər”i oynayardım” – Deputat

“Yaşım imkan versəydi, “Səni deyirlər”i oynayardım” – Deputat

Son günlər sosial şəbəkələrdə əsas müzakirələr “Səni deyirlər” mahnısı üzərində qurulub. İnsanlar bu mahnının sədaları altında rəqs edir, həmin görüntüləri sosial mediada yayırlar. Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza dəstək məqsədilə başladılan kampaniya geniş vüsət alıb.

Millət vəkili Aqil Abbas AzVision.az-a açıqlamasında “Səni deyirlər” mahnısı ilə başladılan kampaniyanı dəstəklədiyini deyib. Deputat bildirib ki, çəkilən videolar soydaşlarımızın İrandakı yasaqlara qarşı etirazıdır.

“İranda müəyyən yasaqlar var. Cənublu soydaşlarımz isə saz mahnısına oynayıb, öz etirazlarını bildiriblər. Yəni “yasaqlara uymayıb oynaya bilərik” deyirlər. Sümüyə düşən mahnıdır. Bizimkilər də oynayaraq onlara dəstək olurlar. Lakin bunun əleyhinə danışanlar da, mahnıya primitiv deyənlər var. Bunlar Üzeyir Hacıbəyovun, Tofiq Quliyevin, Cahangir Cahangirovun mahnısına qulaq asmaq istəyirlər? Kim istəmir oynamasın, oxumasın. Əleyhinə niyə danışırlar? Bu videolarla ölkə vətəndaşları soydaşlarımıza dəstək verirlər. Bunu alqışlayıram, çox gözəl hadisədir. Düzdür, mən həmin mahnını oynamamışam. Yaşım imkan versəydi, oynayardım”.

Aqil Abbasdan fərqli olaraq deputat həmkarı Nizami Cəfərov “Səni deyirər”i eşitmədiyini və videolara baxmadığını söyləyib: “Burada olmadığıma görə heç nədən xəbərim yoxdur”.

VIPedu.BIZ

Həmçinin oxuyun

Bakıda atanın qızına göndərdiyi səs yazısı ortaya çıxdı – “SƏNƏ NİFRƏT EDİRƏM” – VİDEO

Ötən gün ATV telekanalında yayımlanan yayımlanan “Bizimləsən” verilişində maraqlı anlar yaşanıb. 25 ildir atasının axataran …