Xəzərdəki estakadalar nə qədər təhlükəsizdir? – ARAŞDIRMA

Şəkillər danışır ki, ölkədə Azərbaycanın neft sektorunda köhnə yataqlara sərmayə qoyulmur, estakadaları saxlayan dirəklər çürüyüb və yararsız hala düşüb, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı BBC Azərbaycancaya müsahibəsində deyib.

“Şəkillərə baxıb fikir yürütməyə ehtiyac yoxdur, şəkillərin əvəzində ölən adamlar nəticədir”, o əlavə edib.

Dekabrın 15-i dənizdə güclü küləyin əsməsi nəticəsində N. Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın təxminən 150 metr hissəsi uçub. Nəticədə 10 nəfər suya düşüb ki, onlardan birinin meyiti həmin gün tapılıb, digər 9 nəfərin tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

İtkin düşən neftçilərlə bağlı Axtarış-xilasetmə Qərargahı bu gün ilk dəfə hadisə baş verən ərazidən fotolar yayıb. Fotolarda paslı və köhnə estakada dirəkləri təsvir olunub.

Ekspertlər həmçinin sözügedən estakadanın təhlükəsizlik və dözümlülük haqda sonuncu dəfə rəyin nə vaxt verilməsi, sonuncu təmir işinin əsaslı və ya cari olmasına aydınlıq gətirilməməsi məsələsinə diqqət çəkir.

Açıq qalan məsələlərlə bağlı BBC Azərbaycanca SOCAR-dan cavab ala bilməyib.

Qəzalar baş verib, verəcək

Qəzalar baş verib və baş verəcək, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyirImage copyrightARDDA.GOV.AZ
Image captionQəzalar baş verib və baş verəcək, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyir

Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı deyir ki, şəkillərdən estakada dirəklərinin artıq çürümüş olduğu görünür.

O, düşünür ki, fotolardakı estakadanın mənzərəsi onların təmirinə ayrılan vəsaitdən istifadə olunmadığının göstəricisidir.

“Pul silinib” deyən hüququ müdafiəçisi əmin edir ki, “təmir etsəydilər, estakada uçmazdı” və bu səbəbdən “qəzalar ardıcıl olaraq baş verib və baş verəcək də” deyə vurğulayır.

Hadisə baş verən gün jurnalistlərə açıqlama verən Azneft İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov deyib ki, qəza baş verən məntəqədə sonuncu təmir işi bu ilin avqust ayında aparılıb.

Təmirə sərf olunan vəsaitin həcmi ilə yanaşı, təmirin əsaslı və ya cari olduğu haqda qurum rəsmisi jurnalistlərə məlumat verməyib.

“Cari təmir – qaynaq işləri, xırda təmir, başqa sözlə desək, SOCAR-ın özlərinin kiçik təmir qrupunun görəcəyi işlərdir. Əsaslı təmir zamanı isə şirkətlərlə müqavilələr bağlanır, estakadaların dirəkləri, ağır qurğular təmir olunur və böyük əsaslı təmir olunur”, Mirvari Qəhrəmanlı təmir işlərindəki fərqə aydınlıq gətirir.

Xanım Qəhrəmanlı deyir ki, təşkilata mütəmadi məlumatlar daxil olur və sonuncu məlumatda Neft Daşları NQÇİ-nin vertalyot meydançası təmir işi bitdikdən sonra dirəklərin yararlı vəziyyətdə olmadığı aşkar edildiyi və meydançanın bağlandığı deyilir.

Onun sözlərinə görə, işçilərin təhlükəsizliyini təmin etmək məqsədilə bu yaxınlarda bəzi sexlər (quyuların əsaslı yeraltı təmir sexi və lay təzyiqinin saxlama sexi) və mühafizə xidməti estakadadan Çvonovaya (kiçik torpaq ərazi) köçürülüb.

“İşçilər qeyd edir ki, külək əsən kimi estakadalar “ilan” kimi oynayır və belə məlumat dünən N. Nərimanovdan da gəlib. Estakadalarda maşınla hərəkət məhdudlaşdırıldığından operatorlar 1 quyunu yoxlamaq üçün gün ərzində azı 8 km piyada yol qət etməlidir”, Mirvari Qəhrəmanlı qeyd edir.

Təşkilat rəhbəri əlavə edir ki, noyabr ayından 28 May NQÇİ-nin 10 saylı platformasında müşahidə olunan çökmə hələ də davam edir.

Səsləndirilən məlumatlarla bağlı SOCAR-dan rəy almaq mümkün olmayıb.

Təhlükəsizlik və dözümlülük haqda rəy

Ardda.gov.azImage copyrightARDDA.GOV.AZ

O şəkillər olmasaydı da 150 metrlikdə estakada uçubsa burda hər şey deyilib, Azərbaycan Respublikası Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban deyir.

“150 metr bir stadion yarımdı. O boyda estakada nədən uçub? Mexaniki zərbədən uçub. Mexaniki zərbə isə dalğanın zərbəsidir”, İlham Şaban məsələni sadə dillə izah edir.

Ekspert estakadanın təhlükəsizlik və dözümlülük haqqında sonuncu dəfə rəyin nə vaxt və kim tərəfindən verilməsi məsələsinə toxunur və deyir ki, qurğulara vaxtında qulluq etmədikdə dəmir zamanla qabığı soyulur.

Estakada, platforma və neft buruqlarının təhlükəsizlik şərtlərinin qiymətləndirməsini yalnız SOCAR özü aparır və Fövqəladə Hallar Nazirliyinin bu məsələyə aidiyyatı yoxdur, nazirlik sözçüsü Oqtay Bayramov BBC Azərbaycancaya müsahibəsində deyib.

“Estakadaların dözümlülüyü ilə bağlı nazirlik SOCAR-ın nə dənizdə, nə də qurudakı estakada, platformada və neft buruqlarında yoxlamalar aparır. [FHN-nin] Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi şəhərdəki bütün obyektləri, sənaye müəssislərində yoxlamalar aparır”, cənab Bayramov vurğulayır.

Belə bir rəyin nə zaman verilməsi haqda məlumatı SOCAR-dan əldə etmək mümkün olmadı.

Ardda.gov.azImage copyrightARDDA.GOV.AZ

Qəza baş verən estakada 1978-ci ildə tikilib və istismara verilib. Eskpertlər estakadaların tikildikdən sonra 30 il istismar müddəti olduğunu deyir.

Bu haqda fikirlərə münasibət bildirən Azneft İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov deyib ki, həmin estakadada əsaslı təmir işçləri mütəmadi aparılıb və bildirib ki, “əsaslı təmirdən sonra istismar müddəti uzanır.”

Ekspertlər isə təmir işlərinə sərf olunan maddi vəsaitlə bağlı SOCAR-dan detallı məlumatlar yaymadığını, ayrılan büdcədən hər bir estakadaya ayrılıqda nə qədər vəsait sərf olunduğunu açıqlamadığını deyir.

N. Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsi ən köhnə yataqlardan biri sayılır.

Zdrave universal kremi zdrave forte