Şənbə , Dekabr 15 2018
Ana səhifə / Cəmiyyət / Vasif Talıbov müəllimləri təbrik edib

Vasif Talıbov müəllimləri təbrik edib

Ötən gün Naxçıvan Muxtar Respublikası müəllimlərinin konfransı keçirilib.

Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilən konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun konfrans iştirakçılarına təbrik məktubu oxunub. Məktubda deyilir: ” Hörmətli müəllimlər! Sizi – Naxçıvan Muxtar Respublikasının müəllimlərini səmimi qəlbdən salamlayır, konfransa öz işində uğurlar arzulayıram.

Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə müəllim əməyinə daim yüksək qiymət vermiş, təhsilin inkişafını diqqətdə saxlamış, Azərbaycan müəllimi ölkəmizin ziyalı təbəqəsinin aparıcı qüvvəsinə çevrilmişdir. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən də bu siyasət uğurla davam etdirilir. Hazırda Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında təhsil sahəsi davamlı inkişafa qovuşub, ixtisaslı müəllim kadrları hazırlanır və müəllim əməyinə qayğıkeş münasibət göstərilir.

Muxtar respublikada 200-dən artıq ümumtəhsil məktəbinin tikilməsi və ya yenidən qurulması, ali və orta ixtisas təhsili müəssisələri üçün yeni tədris korpuslarının, universitet şəhərciklərinin, peşə məktəblərinin istifadəyə verilməsi pedaqoji fəaliyyət sahəsində geniş imkanlar açıb. Yaradılan şəraitin nəticəsidir ki, muxtar respublikada öz peşəsini dərindən sevən peşəkar müəllim ordusu formalaşmışdır.

Bu gün muxtar respublikada mütərəqqi təhsil metodlarının tətbiqi müəllim zəhmətinin bəhrələrini daha da artırır, ali və orta ixtisas məktəblərinə tələbə qəbulunda uğurlu nəticələr qazanılır, təhsil müəssisələrində təhsilli, vətənpərvər və geniş dünyagörüşə malik gənc nəsil yetişir. Əminəm ki, muxtar respublika müəllimləri bundan sonra da təhsilin inkişafında yorulmadan çalışacaq, vətənpərvər və bilikli gənc nəsil yetişdirəcəklər.

Naxçıvan Muxtar Respublikası müəllimlərinin konfransını Naxçıvan təhsilinin inkişafında mühüm mərhələ kimi dəyərləndirir, çətin və şərəfli fəaliyyətinizdə hər birinizə uğurlar arzulayıram.

Azinforum.az

VIPedu.BIZ

Həmçinin oxuyun

Lavrov Bakıda Tahir Salahovu mükafatlandırdı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və SSRİ-nin xalq rəssamı Tahir Salahovun sərgisində iştirak …