Çərşənbə , Sentyabr 26 2018
Ana səhifə / Cəmiyyət / Vətəndaşlara beş min manatadək güzəşt qərarı verildi

Vətəndaşlara beş min manatadək güzəşt qərarı verildi

Qazın, işığın talanması 5 min manata qədər törədildikdə inzibati məsuliyyət yaradacaq – Əvvəl bu, min manatadək idi
İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsinə (Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması və ya onlardan istifadə qaydalarının pozulması) dəyişiklik edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişiklik İnzibati Xətalar Məcəlləsini “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816-VQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi daşıyır.
Dəyişikliyə əsasən, 282-ci maddənin “Qeyd” hissəsində “min manatadək olan” sözləri “beş min manatdan yuxarı olmayan” sözləri ilə əvəz edilib.
Mövcud maddənin qeyd hissəsində deyilir ki, bu maddədə “az miqdarda” dedikdə, min manatadək olan məbləğ başa düşülür.
Təklif olunan qeyd hissəsində isə deyilir ki, bu maddədə “az miqdarda” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür.
Qeyd edək ki, təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816-VQD nömrəli qanuna əsasən təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulmaqla bu resursların talanmasına görə cinayət məsuliyyəti, bu əməllər beş min manatdan yuxarı məbləğdə ziyan vurmaqla törədildikdə yaranır. Həmin əməl qeyd olunan məbləğə qədər törədildikdə isə inzibati məsuliyyətin yaranması təklif edilir.
Qeyd edək ki, qanun layihəsi Milli Məclisin mayın 1-də keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib.

Həmçinin oxuyun

Arif Babayevlə bağlı şok gizlinlər: “Eşq yaşadığı qadına görə…”

Bu gün milli kinomuza “Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Alma almaya bənzər”, “Arxadan vurulan zərbə” …