Çərşənbə axşamı , Oktyabr 23 2018
Ana səhifə / Cəmiyyət / Toyuna 16 gün qalmış başqasına qoşulub qaçan şəmkirli qız tapıldı: “Bizə dedi ki…”

Toyuna 16 gün qalmış başqasına qoşulub qaçan şəmkirli qız tapıldı: “Bizə dedi ki…”

Şəmkirdə toyuna 16 gün qalmış nişanlı qız başqasına qoşulub qaçıb.
Bu barədə AzNews.az-a qızın yaxınları məlumat verib. Onların bildirdiyinə görə, avqustun 19-da Şəmkir rayonu Qaracəmirli kənd sakini Aygün Nuriyevanın (ad şərtidir) toyu olacaqdı:
“Aygünün sevdiyi oğlan olub. Amma bizim onun sevgisindən xəbərimiz olmayıb. Biz də Aygünü tanıdığımız bir oğlanla nişanladıq. Aygünü nişanlısını tanıyandan sonra baxıb ki, xasiyyəti uyğun gəlmir. Evdə anasına nişanlısının onunla yola getmədiyini deyib. Amma heç kəs onu dinləməyib. Baxıb ki, toy günü təyin olunub, bıçaq sümüyə dirənib. Axırda istədiyi oğlana zəng edib və ona qoşulub qaçıb”.
Aygünün yaxınları onun hazırda Bakıda olduğunu deyib: “Oğlan Lənkərandandır. Biz onunla telefonla danışdıq və ona vaxt qoyduq. Avqustun 5-də onun valideyinləri bizdə olmalıdır. Aygünlə də danışdıq. Dedi ki, özüm gəlmişəm, onunla çox xoşbəxtəm. Aygünün toyu təyin olunsa da, cehizi hələ getməyib”.

Həmçinin oxuyun

AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – İTTİHAM

“Tort kəsilir, paylaşımlar edilir, qalib gəldik deyirlər. Bu şadyanalıq 4 sentyabr 2018-ci il tarixində Azərbaycan …