Şənbə , Fevral 16 2019
Ana səhifə / Cəmiyyət / Texniki baxışdan keçən avtomobilə radara düşdü (VİDEO)

Texniki baxışdan keçən avtomobilə radara düşdü (VİDEO)

Texniki baxışdan keçən avtomobilə radara düşüb.
Avtomobil sahibi Tərlan Əhmədov deyir ki, dövlət qeydiyyat nişanı ”99-ES-562” olan avtomobili ilə sentyabrın 17-də Gəncə istiqamətində gedərkən radara düşüb. Avtomobil texniki baxışdan keçirilmədiyi üçün sürücüyə 50 manat cərimə yazılıb.
Tərlan Əhmədov deyir ki, halbuki o avtomobilini bu ilin iyul ayının 31-də texniki baxışdan keçirib. O bunu təsdiq edən sənədləri də bizə təqdim edib..
Sürücü bununla bağlı aidiyyatı qurumlara müraciət etdiyini, ancaq hələ ki, heç bir nəticəsinin olmadığını deyir.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi idarəsinin şöbə rəisi Kamran Əliyev bildirdi ki, ümumiyyətlə sürücülər bu kimi problemlə qarşılaşanda öncə yazılı şəkildə idarəyə müraciət etsinlər. Həmin sürücününmüraciəti araşdırılacaq və nəticəsinə uyğun olaraq lazımı tədbir görüləcək.

Həmçinin oxuyun

Şamaxıda yenidən vulkan püskürüb

Şamaxıda yenidən vulkan püskürüb. “Report”un Şirvan bürosun xəbərinə görə, təbiət hadisəsi rayonun Kiçik Xınıslı kəndində …