Cümə axşamı , Sentyabr 20 2018
Ana səhifə / Cəmiyyət / Tale Heydərov: “Biz hücum taktikasını seçməliyik”

Tale Heydərov: “Biz hücum taktikasını seçməliyik”

İyunun 28-də “LİBRAFF Park Akademiya” kitab mağazasında “İrəvanın tarixi mərkəzi arxiv materialları və köhnə fotoşəkillər əsasında” adlı kitab-fotoalbomun təqdimatı olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, tədbirdə çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sədri Tale Heydərov deyib ki, bu şəkillərin olması İrəvanın Azərbaycana məxsus olduğunu yetərincə sübut edir:

“Bu kitab nəinki xaricdə, həmçinin Azərbaycanda da yayılmalıdır. Çünki biz özümüz ilk dəfə bu şəkillərlə tanış oluruq. Bu şəkillər əsasında yaradılacaq kitablar, nəşrlər, elmi işlər Azərbaycan tarixi üçün əhəmiyyətli olacaq. Burada əsas məqam odur ki, bu qədim torpaqların Azərbaycanla tarixi bağlılığını sübut edirik. Əsas iş bu həqiqətlərin dünya ictimaiyyətinə necə çatdırılmasıdır. Təəssüflər olsun ki, xarici mediada və elmi işlərdə Azərbaycan olaraq istədiyimiz uğura çata bilməmişik”.

Həmçinin oxuyun

Məscidlərdə qanvermə aksiyası keçirilir

Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü …