Çərşənbə axşamı , Oktyabr 16 2018
Ana səhifə / Cəmiyyət / Şəhidimizin fotolarını kim çəkib? – ADLAR (FOTOLAR)

Şəhidimizin fotolarını kim çəkib? – ADLAR (FOTOLAR)

Azərbaycan Müdafiə Nazirliyinin əsgər Qurbanov Çingiz Salman oğlunun itkin düşməsi haqqında yaydığı məlumatdan dərhal sonra ermənilər sosial şəbəkə və KİV-lərdə şəhidimizin fotolarını yaymağa başladılar.

Bu addımla qeyri-insani simalarını dünyaya göstərən düşmən açıq-aşkar öz vəhşiliyini təbliğ etməyə başladı. Təbii ki, bu birinci hal deyil. Aprel döyüşlərində də işğalçılar şəhid hərbçilərimizin meyitləri üzərində insanlığa sığmayan hərəkətlər edərək bizi qıcıqlandırmağa çalışırdılar.

Şəhid əsgər Qurbanov Çingiz Salman oğlunun fotolarını kim çəkib?

Araşdırmalar zamanı məlum olur ki, fotoları sosial şəbəkələr və mediada yayan şəxs, hazırda Ermənistan xüsusi xidmət orqanlarına çalışan, “Ermənistan Milli Qvardiyası” adlı təşkilatın üzvü Vahan Azibekyandır.

Vahan Azibekyan kimdir?

Tavuş vilayətinin Şavarşavan (Koti) kəndində anadan olan Azibekyan 25 saylı Vanadzor kənd tam orta məktəbinini bitidikdən sonra, Ermənistan Milli Politexnik Universitetinin, Vanadzor şöbəsinin mühəndislik fakultəsini bitirib. İşğal altında olan Qarabağ istiqamətində hərbi xidmətini başa çatdırdıqdan sonra, “Craşxarh”, “Aquatek” adlı yay istirahət komplekslərində, daha sonra “Exterior Group LLC” tikinti şirkətində mühafizəçi olaraq çalışıb.

Daha sonra, “SNPhotoStudio” adlı şirkətdə fotoqraf kimi fəaliyyət göstərməyə başlayan Azibekyan sonda yeni təyinat alıb. Azibekyan, əsasən ehtiyata buraxılan və cəbhə xəttində xidmət keçən şəxslərdən təşkil olunan Ermənistan Milli Təhlükəsizlik və Müdafiə Nazirliklərinə məxsus və faktiki qurucusu Arşak Zakaryan hesab olunan “Ermənistan Milli Qvardiyası” təşkilatına daxil olub.

Xatırladaq ki, Ermənistan təhlükəsizlik orqanlarının struktruna çevrilən təşkilat Zaxaryanın rəhbərliyi ilə aprel döyüşlərində öz təxribatçı funksiyasını yerinə yetirib. Bu araşdırmanın aparılması ölkə daxilində vətəndaşlarımızın, media mənsublarının mənbəyi bilinməyən məlumataları tezliklə yaymaması və lazımsız reaksiyanı göstərməməsi üçündür.

Aşağıda “Ermənistan Milli Qvardiyası” adlı təşkilat daxilində, əslində Ermənistan təhlükəsizlik orqanlarına çalışan və bu istiqamətdə dezinformasiya yayan şəxslərin adları göstərilib:

Arşak Nazaryan
Hrand Toxadyan
Vardan Xaçatryan
Areq Nazaryan
Haryur Hambarçyan
Artur Xocabağyan
Davit Paryan

Hazırladı: Şahin Qocayev
AzVision.az

Həmçinin oxuyun

Prezident və birinci xanımın cənub bölgəsinə səfərindən FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva cənub bölgəsində …