Şənbə , Yanvar 19 2019
Ana səhifə / Cəmiyyət / Parkinqlərin qiymətilə bağlı – AÇIQLAMA

Parkinqlərin qiymətilə bağlı – AÇIQLAMA

Bakı Nəqliyyat Agentliyi (BNA) qurumun tabeliyində olan parkinqlərdə tariflərin artması ilə bağlı xəbərləri təkzib edib.

Qurumun nümayəndəsi Mais Ağayev FED.az-a bildirib ki, qiymətlər artırılmayıb.

Onun sözlərinə görə, hazırda əsas diqqət Füzuli və Mirzəğa Əliyev küçələri, arasında eyni zamanda Neftçilər prospekti-Hökümət evinin qarşısında yerləşən yeraltı avtomobil qarajlarında təhlükəsizlik və digər vacib məqamlarla bağlı zəruri infrastrukturun yaxşılaşdırılmasına yönəldilib: “Bu istiqamətdə ciddi iş aparılmaqdadır. Bu işlər yekunlaşdıqdan sonra qiymət siyasətinə də baxılacaq. Tariflərlə bağlı yeni bir qərar olacağı halda təbii olaraq ictimaiyyətə əvvəlcədən məlumat veriləcək”.

VIPedu.BIZ

Həmçinin oxuyun

SABİQ REKTOR TOYDA “YALLI” OYNADI – VİDEO

Ötən ilin sonlarında vəzifəsindən azad olunmuş BDU-nun sabiq rektoru Abel Məhərrəmovun toyda rəqs etməsinin görüntüləri …