Çərşənbə axşamı , Yanvar 22 2019
Ana səhifə / Cəmiyyət / Naxçıvanda 12 müəllimə fəxri ad verildi – SƏRƏNCAM

Naxçıvanda 12 müəllimə fəxri ad verildi – SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri  Vasif Talıbov sentyabrın 14-də “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə Babayeva Şərafət Akif qızına, Cəfərova Tərifə Abdulla qızına, Əhmədova Zəhra Yusif qızına, Əliyeva Mənsumə Hacı qızına, Əliyeva Samirə Vaqif qızına, Hacıyeva Hicran Firudin qızına, Həsənova Turan Vaqif qızına, İsgəndərova Xanım İboş qızına, Mehdiyeva Məhəbbəd Sultan qızına, Məmmədov Mayis Əli oğluna, Məmmədova Südabə Nəriman qızına, Novruzova Kəmalə Məsmalı qızına “Əməkdar müəllim” fəxri adı verilib.
Qeyd edək ki, Ali Məclisin Sədri hər il Bilik Günü münasibətilə muxtar respublikada səmərəli fəaliyyəti ilə fərqlənən müəllimləri təltif edir.
VIPedu.BIZ

Həmçinin oxuyun

Naxçıvanda Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edildi

Vasif Talıbov yanvarın 21-də bununla bağlı fərman imzalayıb. Səxavət İbrahim oğlu Salmanov Naxçıvan Muxtar Respublikası …