Mübariz Mənsimovdan daha 500 azərbaycanlıya MÜJDƏ

Türkiyədə və bir çox dünya ölkələrində fəaliyyət göstərən “Palmali Gorup”da daha 500 Azərbaycan vətəndaşını işlə təmin edəcək.

Bu barədə Gununsesi.info-ya adıçəkilən şirkətlər qrupundan verilən məlumatda bildirilir.

“Palmali” Şirkətlər Qrupunun yeni tikdirdiyi gəmilərində ve yeni layihələrində işləmək üçün 20-60 yaşlı təcrübəli dənizçilərə şans veriləcək: “Dünyanın aparıcı Gəmiçilik şirkətlərindən olan “Palmali” 500 dən çox vakant yer üzrə müxtəlif ixtisas sahibli gəmiçiləri öz sırasında görmək istəyir. Belə ki, gəmi kapitanları, kapitanın baş köməkçisi, 2-çi köməkçi, baş çilingər, 2-ci, 3-cü dərəcəli çilingərlər elektrik, bosman, matorçu, matros və aşpazlar bilər. Cv-lərlə [email protected] ünvanına müraciət edə bilər.

Sonda o da bildirilir ki, şirkət xaricdə fəaliyyət göstərsə də hər zaman Azərbaycan vətəndaşlarına xüsusi diqqəti ilə seçilməkdə davam edəcək.

Zdrave universal kremi zdrave forte