Cümə axşamı , Yanvar 24 2019
Ana səhifə / Cəmiyyət / Müəllim işləmək istəyənlər üçün yeni şans

Müəllim işləmək istəyənlər üçün yeni şans

2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə boş qalan yerlərə ikinci tur keçiriləcək.

Nazirlikdən verilən məlumata görə, ikinci tura elektron sənəd qəbulu sentyabrın 14-dən 15-dək aparılacaq.

Qeyd edək ki, növbəti tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmənin nəticələri bu gün açıqlanıb.

Nəticələrə əsasən, elektron yerləşdirmə zamanı 1.178 namizəd uğur qazanıb.

VIPedu.BIZ

Həmçinin oxuyun

Bu gün Həzi Aslanovun anım günüdür

Bu gün iki dəfə Sovet İttifaqı Qəhrəmanı olan azərbaycanlı general-mayor Həzi Aslanovun anım günüdür. Həzi …