Bazar , Yanvar 20 2019
Ana səhifə / Cəmiyyət / Moskvadan Qəbələ, Lənkəran və Naxçıvana reyslər ləğv olundu

Moskvadan Qəbələ, Lənkəran və Naxçıvana reyslər ləğv olundu

Rusiya Hava Nəqliyyatı Federal Agentliyi “VİM-Avia” şirkətinin Azərbaycana uçuşlar həyata keçirmək icazəsini geri çağırıb.

Bu barədə qurumun Beynəlxalq daşımalara icazə üzrə qurumlararası komissiyasının protokolunda qeyd olunub.

Bildirilib ki, Moskva-Qəbələ, Moskva-Lənkəran və Moskva-Naxçıvan reysləri ləğv olunub.

İcazənin geri çağırılmasına səbəb müəyyən olunan müddətdə uçuşların həyata keçirilməməsi göstərilib.

Qeyd edək ki, “VİM-Avia” şirkəti ötən ilin oktyabr ayında borclarla əlaqədar müflis olduğunu elan etmişdi. (Trend)

VIPedu.BIZ

Həmçinin oxuyun

BAŞINIZ QARIŞIB SÜRÜCÜLƏRİ PUSMAĞA…” – Təhsil eksperti DYP-ni ittiham etdi

Tanınmış təhsil eksperti Etibar Əliyev Dövlət Yol Polisindən (DYP) açıq narazılıq ifadə edənlərin sırasına qoşulub. …