Cümə , Dekabr 14 2018
Ana səhifə / Cəmiyyət / “Mol­la gör­mü­şəm ki, ona ca­ma­at­dan fərqli ye­mək bi­şi­ril­mə­di­yi üçün kü­süb məc­li­si tərk edib”

“Mol­la gör­mü­şəm ki, ona ca­ma­at­dan fərqli ye­mək bi­şi­ril­mə­di­yi üçün kü­süb məc­li­si tərk edib”

Azər­bay­can­da re­ket jur­na­listlər ol­du­ğu ki­mi, re­ket mol­la­lar da var. Bu­nu Di­ni Qu­rum­lar­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin səd­ri Mü­ba­riz Qur­ban­lı ilin ye­kun­la­rı­na da­ir mət­bu­at konfran­sın­da bil­di­rib.
O qeyd edib ki, çox vaxt mət­bu­at­da han­sı­sa özü­nü mol­la ki­mi təq­dim edə­nin da­va­sı­nı din xa­dim­lə­ri­nin da­va­sı ki­mi təq­dim edir­lər: “Bu yan­lış­dır. Araş­dır­sa­nız, gö­rər­si­niz ki, mə­zar­lıq­da da­la­şan­la­rın mol­la­lıq et­mə­yə ica­zə­si də yox­dur. Özü­nü mol­la ki­mi təq­dim edir. Bun­lar re­ket mol­la­lar­dır. Ne­cə ki, mət­bu­a­tı re­ket jur­na­listlər göz­dən sa­lır, hə­qi­qi din xa­dim­lə­ri­ni də re­ket mol­la­lar hör­mət­dən sa­lır”.
M.Qur­ban­lı qeyd edib ki, dün­ya­da baş ve­rən mü­na­qi­şə­lə­rin ək­sə­riy­yə­ti­nin mü­səl­man öl­kə­lə­rin­də ol­ma­sı Azər­bay­ca­nı da na­ra­hat edir: “Biz də bir mü­səl­man döv­lə­ti ola­raq mü­səl­man dün­ya­sın­da baş ve­rən­lər­dən na­ra­hat olu­ruq və bu­na qar­şı mü­ba­ri­zə apar­ma­lı­yıq. Di­ni ra­di­ka­liz­mə qar­şı mü­ba­ri­zə­ni yal­nız Di­ni Qu­rum­lar­la İş üz­rə Döv­lət Ko­mi­tə­si de­yil, bü­tün qu­rum­lar apar­ma­lı­dır”.
Onun söz­lə­ri­nə gö­rə, bir sı­ra öl­kə­lər Azər­bay­can­da məz­həb­lə­ra­ra­sı mü­na­si­bət­lə­rin tən­zim­lən­mə­si təc­rü­bə­si­ni öy­rən­mək is­tə­yir.
O bil­di­rib ki, ar­tıq bir ne­çə mü­səl­man öl­kə­sin­dən bu mə­sə­lə ilə bağ­lı Döv­lət Ko­mi­tə­si­nə mü­ra­ci­ət­lər da­xil olub: “Gə­lən il­dən bi­zim təc­rü­bə­lər­dən ya­rar­lan­maq is­tə­yən öl­kə­lər Azər­bay­ca­nın məz­həb­lə­ra­ra­sı si­ya­sət­lə bağ­lı hə­ya­ta ke­çir­di­yi si­ya­sət­lə da­ha ya­xın­dan ta­nış ol­maq üçün öl­kə­mi­zə sə­fər­lər edə­cək­lər”.
M.Qur­ban­lı di­ni ra­di­ka­liz­mə qar­şı apa­rı­lan mü­ba­ri­zə­də Azər­bay­can me­di­a­sı­nın tut­du­ğu də­qiq möv­qe­yi təq­dir et­di­yi­ni de­yib.
Ko­mi­tə rəh­bə­ri­nin de­di­yi re­ket mol­la­la­rı əsl mol­la­lar­dan ne­cə ayır­maq olar?
Şərqşü­nas Se­yid Ca­mal Əzim­bəy­li qə­ze­ti­mi­zə açıq­la­ma­sın­da bil­dir­di ki, Mü­ba­riz Qur­ban­lı çox doğ­ru ola­raq bu mə­sə­lə­ni vur­ğu­la­yıb:

“Doğ­ru­dan da cə­miy­yə­ti­miz­də be­lə prob­lem möv­cud­dur. Azər­bay­ca­nın di­ni mü­hi­ti­nə so­xul­muş və din­lə heç bir əla­qə­si ol­ma­yan çox­lu say­da adam var. Araş­dı­rıl­dıq­da mə­lum olur ki, on­la­rın heç ru­ha­ni­lər ida­rə­si­nə də ai­diy­yə­ti yox­dur. Tə­qa­ü­də çı­xan bə­zi adam­lar əla­və qa­zanc əl­də et­mək məq­sə­di­lə ba­şı­na bir fəs qo­yub, Azər­bay­can di­lin­də bir ne­çə ayə­nin tə­ləf­fü­zü­nü öy­rə­nir və son­ra baş­la­yır məc­lis apar­ma­ğa. Mən böl­gə­lər­də çox acı­na­caq­lı hal­lar­la rastla­şı­ram. Məc­lis­də mol­la gör­mü­şəm ki, ona ca­ma­at­dan fərqli ye­mək bi­şi­ril­mə­di­yi üçün kü­süb məc­li­si tərk edib. Be­lə əmə­lin yi­yə­si olan adam­la­rın is­la­ma heç bir ai­diy­yə­ti yox­dur. Bu­nun­la bağ­lı ma­a­rif­lən­dir­mə apa­rı­lır, am­ma bu ki­fa­yət et­mir. Di­ni be­lə pa­ra­zit­lər­dən xi­las et­mək üçün müt­ləq in­zi­ba­ti me­tod­lar­dan is­ti­fa­də olun­ma­lı­dır”.
Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

VIPedu.BIZ

Həmçinin oxuyun

Deputatlar niyə Azərbaycan dilində olan filmlərə baxmırlar – “Yolki-palki”

Xarici filmlərin Azərbaycan dilində dublyajı ingilisdilli orijinalından və Rusiya şirkətlərinin etdiyindən geri qalır. Bunu Sputnik Azərbaycan-a …

Bir cavab yazın